İDDİA: “Məktəb açıldı, amma müəllim yoxdur” - FOTO
Yasamal rayonu 167 nömrəli tam orta məktəbdən şikayət var.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, sentyabrın 15-də üçüncü sinfin uşaqları məktəbə gediblər, amma müəllim olmayıb.
Valideynlər direktora şikayət edən zaman müəllimin sertifikasiya imtahanı vermədiyi üçün işdən çıxarıldığı, başqa müəllimin də olmadığı qeyd edilib.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 167 nömrəli tam orta məktəbin 3 “f” sinfinə müəllim təyin olunub.