Mingəçevirli məktəbli Avropa çempionu olub
5-14 sentyabr tarixlərində Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatı keçirilib.
Mingəçevir şəhər M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbin III sinif şagirdi Əhmədli Mehriban Elmar qızı 8 yaş kateqoriyasında rəqiblərinə qalib gələrək 7.5 xalla qızıl medal qazanıb.
Qeyd edək ki, 47 ölkə, 928 şahmatçının iştirak etdiyi turnirdə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında Azərbaycanı 44 şahmatçı təmsil edib.
Onu da qeyd edək ki, Mehriban Əhmədli 2022-ci ildə Yunanıstanda keçirilən şahmat çempionatında da iştirak edərək gümüş medalın sahibi olub.