İnzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (Metronun “8 Noyabr” stansiyasının yanı) ünvanında keçiriləcək imtahan saat 10:00-da başlanacaq.
Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
Qeyd edək ki, imtahana qeydiyyat avqustun 17-dən sentyabrın 14-dək aparılıb və bu müddət ərzində 90 namizəd qeydiyyatdan keçib