AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
13 sentyabr 2023
869


İmkansız ailələrin uşaqlarına pulsuz məktəbli formaları verilib? – FOTO




Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib ki, ailənin sosial durumu zəifdirsə, məktəbli formasını əldə etmək üçün təhsil ocaqlarının rəhbərliyinə müraciət etsinlər:


“Direktorların köməyi ilə nazirliyin tərəfdaşları olan korporativ şirkətlər həmin ailələrə kömək olarlar”.


Bəs şirkətlər tərəfindən sosial durumu zəif olan ailələrə forma yardımı edilir? Direktorlar bununla bağlı korporativ şirkətlərə müraciət ediblərmi?


 


Məsələ barədə məktəbli formasının satışı ilə məşğul olan şirkətlərlə əlaqə saxladıq.


Yalnız bir neçə şirkət ünvanladığımız suallara cavab verib.


“Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin müdiri Etibar Əzimov Oxu.Az-a açıqlamasında bildirib ki, müəssisə özəldir və bank krediti ilə işləyir:


“Bizim imkanımız Bakı şəhərində sosial vəziyyəti aşağı olan hər kəsi forma ilə təmin etmək gücündə deyil. ASC Nəsimi rayon ərazisində yerləşir və burada yaşayan o cür ailələrə kömək edirik. Nəsimi Rayon İcra Hakimiyyətinin siyahısında olan şəhid, qazı və imkanı zəif olan ailələrin uşaqlarına 72 dəst məktəbli formaları vermişik.


Eyni zamanda, ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının müraciətlərinə əsasən, bu il 11 dəst məktəb formasını pulsuz olaraq, imkansız ailələrə paylamışıq”.


Məktəbli formalarının satışı ilə məşğul olan mağazanın təmsilçisi Ruzbek Müqaddami isə Oxu.Az-a açıqlamasında deyir ki, sözügedən məsələyə millətimiz çox həssasdır:


“İmkanı olan vətəndaşlar bizim mağazadan forma alıb, sosial vəziyyəti zəif olan ailələrə təqdim edirlər. Bizim mağaza tərəfindən də, bu cür ailələrə köməklik edilir”.


R.Müqaddami əlavə edib ki, məktəb direktorlarından onlara belə bir təşəbbüs gəlməyib.


“Bakı Tekstil Fabriki”nin (“BTF”) icraçı direktoru Elçin Babayev isə  saytımıza açıqlamasında bildirib ki, sosial durumu zəif olan ailələrə kömək edilir:


“Biz sosial vəziyyəti zəif olanlara dəstək oluruq. Bu, həssas məqamdır. Şəhid, qazı və maddi vəziyyəti zəif olan ailələrin övladına məktəbli formaları təqdim edirik”.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

“Məktəbli forması” yenidən gündəmdə

“Məktəbli forması” yenidən gündəmdə

Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!”

Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!”

Ali təhsil müəssisələrinin brendlənməsinə yanaşma

Ali təhsil müəssisələrinin brendlənməsinə yanaşma

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Metodbirləşmələr

Metodbirləşmələr

Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."

Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq (RƏSMİ)

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq (RƏSMİ)

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Şagirdlərin vahid geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA

Şagirdlərin vahid geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA

Etibar Əzimov: Avqust ayının son günlərini yaşamağımıza baxmayaraq, məktəbli formalarına təlabat çox aşağıdır

Etibar Əzimov: Avqust ayının son günlərini yaşamağımıza baxmayaraq, məktəbli formalarına təlabat çox aşağıdır

LDU-ya qəbul olan abituriyentlərin qeydiyyatı davam edir..Rəhbərliyin imkansız tələbələrə yaratdığı şərait

LDU-ya qəbul olan abituriyentlərin qeydiyyatı davam edir..Rəhbərliyin imkansız tələbələrə yaratdığı şərait

Nadir İsrafilov: “Əgər hər məktəb dörd geyim formasından birini seçəcəksə, bunun nəyi vahid forma olur.”

Nadir İsrafilov: “Əgər hər məktəb dörd geyim formasından birini seçəcəksə, bunun nəyi vahid forma olur.”

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür