AzTehsil.com


Xəbərlər / Ekspert
31 avqust 2023
846


Özəl məktəblərdə təhsil: 43 min 673 manat təhsil haqqı olar?




Özəl məktəblərin təhsil haqqının rəsmi olaraq  tənzimlənməsinə ehtiyac var


  Sosial şəbəkələrdə özəl məktəblərdə  təhsil haqlarının yüksək olması ciddi müzakirə predmetinə çevrilib. Aparıcı-aktyor Elcan Rəsulov özəl məktəblərin və liseylərin illik təhsilhaqlarının yüksək olmasından gileylənib.

  Aktyor sosial media hesabında yazıb ki, iki uşağı olan ata ayda nə qədər qazanmalıdır ki, övladları illiyi 43 min 673 manat olan məktəbdə oxusun?

  Buna rəğmən uşağın bahalı məktəblərdə oxumasının tərəfdarı olduğunu vurğulayan aktyor yarızarafat qeyd edib ki, uşağı həmişə bahalı məktəbdə oxudun ki, sinif yoldaşları hörmətli adamlar olsunlar, onu da qabağa çəksinlər.

  Qeyd edək ki, özəl məktəblərdə təhsil dövlət məktəblərindən nəqliyyat xidməti, qidalanma, dərsdən sonra əlavə dərnək və məşğələlər, əlavə olaraq 2-3 xarici dilin öyrədilməsi və ya tədrisin yalnız xarici dildə aparılması ilə fərqlənir. Lakin bu məktəblərdə qiymətlər heç də hər kəs üçün əlçatan deyil. Valideynlər təhsilhaqlarının verilən xidmətdən çox yüksək olduğunu düşünürlər. Məsələn, son günlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən özəl məktəblərdən biri  Azərbaycan Beynəlxalq Məktəbidir (“TISA International School of Azerbaijan”) Belə ki, sözügedən məktəbin illik təhsilhaqqı 43673 manatdır.

  Azərbaycan-Britaniya məktəbində 19-20 min, Bakı Fransız liseyində isə qiymətlər təshilin ibtidai, orta və ya tam olmasından asılı olaraq 18-22 min arası dəyişir. Digər özəl məktəblərdə isə  qiymətlər azı 4000 manatdan başlayıb 30 000-dək qalxır. 

  Ekspertlər isə hesab edir ki, Azərbaycanda özəl təhsilin keyfiyyəti tələb olunan məbləğə uyğun deyil. Qiymətlərin bu qədər süni olaraq artırılması həmin məktəblərə təklifin çox olması ilə bağlıdır.

  Məsələ ilə bağlı "Yenisabah.az"a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov özəl məktəblərin təhsil haqqının rəsmi olaraq  tənzimlənməsinə ehtiyac olduğunu bildirib: "Azərbaycanda özəl məktəblərin qiyməti çox aktual və düşündürücü bir məsələdir. Mən hesab edirəm ki, özəl məktəblərin də təhsilhaqlarının tənzimlənməsinə ciddi ehtiyac var, bu, mənim şəxsi yanaşmamadır. Bu gün Azərbaycanda kimin ağlına nə qədər gəlirsə, təhsil haqqını da o qədər müəyyənləşdirir. Təəssüf ki, əksər dövlət məktəblərinə inam olmadığına görə, yüksək keyfiyyətli məzun təmin edə bilmədikləri üçün insanlar özəl məktəblərə meyl göstərirlər. Özəl məktəblər qiymətin baha olmasını onunla əsaslandırırlar ki, müəllimlərin maaşı yüksəkdir, dərslikləri xaricdən alırlar və s. Lakin bu əsas vermir ki, hansısa orta məktəb illik təhsilhaqqını 40-50 min manat etsin. Bu, qəbuledilməzdir! Bu yanaşma doğru deyil. Bu səbəbdən fikrimcə, təhsilhaqqı məsələsinin tənzimlənməsinə ehtiyac var". Onun sözlərinə görə, illiyi fantastik məbləğlərlə ölçülən özəl təhsil müəssisələrinin üstünlükləri onlara bu cür qiymət qoymağa əsas vermir: "Bu məsələdə digər çıxış yolu dövlət orta məktəblərində təhsilin keyfiyyətinin artırılmasıdır. Bunu etməliyik ki, insanlar özəl məktəblərlə yanaşı, dövlət məktəblərində də təhsil alsınlar. İnsanlar bəzən seçilmək üçün bu addımı atırlar. Amma onu da qeyd etməliyik ki, bir sıra özəl orta təhsil məktəbləri həqiqətən keyfiyyətli təhsil verir, seçilir. Amma bu ona əsas vermir ki, belə fantastik qiymətlər müəyyənləşdirsinlər və bu məbləğin insanlardan alınması üçün müəyyən addımlar atsınlar. Bu məsələ çox həssasdır, bəzi addımların atılmasına ciddi ehtiyac var".


Təhsil eksperti Nadir İsrafilov isə “Sherg.az"a açıqlamasında deyib ki, dövlət məktəblərində təhsilin zəif olması barədə cəmiyyətdə yaranan stereotip istər-istəməz bir çox valideynləri övladlarını məhz özəl orta məktəblərdə oxutdurmağa sövq edir.  Hər tədris ilinin sonunda növbəti tədris ili üçün məktəbə gedəcək uşaqların  indidən hansı məktəbə gedəcəyi hər bir valideyni düşündürür. Lakin  özəl məktəblərin  təhsil haqqı vətəndaşların aylıq orta əmək haqqı nisbətində dəfələrlə yüksək olduğundan bahalı olduğu üçün özəl məktəblərdə sadəcə  imkanlı şəxslərin övladları təhsil ala bilir. Bununla belə həmin məktəblərdə təhsilin səviyyəsi əksər dövlət təhsil müəssisələrindəkindən yüksək olsa da, əslində təhsil haqqı heç də orta statistik azərbaycanlını məmnun etmir. Təhsilin bu özəl sektorunu  əlçatan etmək üçün təşkilati və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var. Qərbin bir çox özəl orta məktəblərində uğurla təhsil alan tələbələr üçün qrantlar və adlı təqaüdlər sistemi nəzərdə tutulur. Bu, valideynlərin çəkdiyi ilkin xərcləri əhəmiyyətli dərəcədə kompensasiya edə bilir. Ayrı-ayrı hallarda özəl məktəbin müdiriyyəti istedadlı uşaqları qismən ödəniş müqabilində və ya təmənnasız olaraq məktəbə qəbul edir. Təəssüf ki, bizim ölkəmizdə bu cür təcrübə vüsət almayıb. Ona görə də təhsilin bu özəl sektorunu inkişaf etdirmək, ona olan marağı daha da artırmaq, mövcud problemləri nizamlamaq, əhalinin sosial tərkibindən asılı olmayaraq hər bir təbəqəyə maddi cəhətdən əlçatan etmək üçün təşkilati və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var”.





Загрузка...
Həmçinin oxuyun:
Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bakıdakı özəl məktəblərdə qiymətlər - REPORTAJ

Bakıdakı özəl məktəblərdə qiymətlər - REPORTAJ

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi