İntim görüntüləri yayılan direktor işdən çıxmaq üçün ərizə yazdı – VİDEO
İntim görüntüləri ilə şantaj olunan Ucar rayonu, Alpoud kənd Şirvan Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov işdən çıxmaq üçün ərizəsini Mərkəzi Aran Regional Təhsil İdarəsinə təqdim edib.
O.Rəhimov qeyd edib ki, artıq könüllü sürətdə işdən çıxıb:
“Türk qız tərəfindən şantaj edilirəm və hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Daha heç nə danışmaq istəmirəm”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-a açıqlamasında bildirib ki, O.Rəhimov Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu ölkə hüdudlarından kənarda yaşayan bir şəxs tərəfindən şərəf və ləyaqətinin alçaldılması barədə məlumat verib:
“Daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb və qeyd olunan məsələ ilə bağlı O.Rəhimova məhkəməyə müraciət etməsi izah olunub”.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.
Qeyd edək ki, Ucar rayonu, Alpoud kənd Şirvan Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov xüsusi proqram vasitəsilə intim xarakterli davranışlara sövq edilib və həmin görüntülər paylaşılıb.
Bu hadisə kənd camaatının ciddi narazılığına səbəb olub. Əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdırılmasını tələb edir.
https://baku.tv/cemiyyet/mekteb-direktorunun-intim-goruntuleri-yayildi