YUNESKO məktəblərdə smartfonların qadağan edilməsinə çağırış edib.
YUNESKO məktəblərdə smartfonların qlobal şəkildə qadağan edilməsini təklif edib.
YUNESKO-nun hesabatında deyilir ki, sinifdəki problemləri həll etmək, öyrənməni yaxşılaşdırmaq və uşaqları kiber zorakılıqdan qorumaq üçün smartfonlar məktəblərdə qadağan edilməlidir.
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Agentliyi mobil telefonlardan həddindən artıq istifadənin akademik göstəricilərin aşağı düşməsinə, ekran arxasında çoxlu vaxt keçirməyin isə uşaqların emosional sabitliyinə mənfi təsir göstərdiyinə dair sübutların olduğunu bildirib.
Hesabatda qeyd edildiyi kimi, smartfonların qadağan edilməsi çağırışı açıq şəkildə göstərir ki, ümumilikdə rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt həmişə təhsilin şəxsiyyətyönlü olmasına xodmət etməli, heç vaxt müəllimlərlə üzbəüz qarşılıqlı əlaqəni, canlı üzsiyyəti əvəz etməməlidir.
YUNESKO təhsil siyasətçilərinin rəqəmsal texnologiyaların düşüncəsiz istifadəsinin zərərli olduğunu bildirir. Rəqəmsal texnologiyaların sistemsiz istifadəsi təlim nəticələrinə və iqtisadi səmərəliyə müsbət təsirinin həddən artıq qiymətləndirilməsini və yeniliklərin heç də həmişə daha yaxşı olmadığını nəzərə çatdırır.
Heç də bütün dəyişikliklər inkişafa səbəb olmur. Sadəcə nələrinsə edilə bilməsi o demək deyil ki, bu hökmən edilməlidir.
Xüsusilə universitetlərdə onlayn öyrənmənin geniş yayılması tələbələrin parta arxasında təlimi ilə müqayisədə təhsilin “sosial aspektini” zəiflədir. YUNESKO-nun hesabatında daha sonra deyilir: “Daha çox fərdiləşdirməyə çağırışlar edilməsi təhsilin mahiyyətini unudanlardır. Bununla belə, “şagirdlərin sinifdə və evdə, smartfon, planşet, noutbukdan hədsiz və ya normadan xeyli çox istifadə etməsi uşaqların diqqətini yayındıra, poza və öyrənməyə mənfi təsir göstərə bilər”.
Agentliyin ekspertləri bu nətcələrə gələrkən rəqəmsal texnologiyalardan həddindən artıq istifadə ilə şagird nailiyyətləri arasında "mənfi əlaqəni" göstərən irimiqyaslı beynəlxalq araşdırmaların nəticələrindən istifadə ediblər.