AzTehsil.com


Xəbərlər / Ekspert / Müəllim
27 iyul 2023
945


Repetitorluq bağçalarda... – Qalmaqallı təklif: “Leqallaşdırılsın!”




Nadir İsrafilov: “Bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünmək daha məqsədəuyğun olardı. Bu halda, həm məktəb qazanar, həm müəllim, həm şagird və valideyn”


“Şagird əlavə hazırlıq üçün, artıq məsafə qət etməyib, öz məktəbində, öz müəllimləri ilə məşğul olar”


“Dəfələrlə demişəm ki, bəlkə də təhsilimizin digər elə bir sahəsi yoxdur ki, repetitorluq qədər gündəmə gətirilsin, bu dərəcədə müzakirələrə və mübahisələrə səbəb olsun, özünə bu qədər tərəfdar və əleyhdar tapsın. Bununla belə, bu illər ərzində repetitorluğa birmənalı münasibət olmayıb, elə, bu günün özündə də. Başqa sözlə desək, repetitorluq nə dünənin, nə də bu günümüzün məsələsidir. Təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan problem olaraq hələ də qalmaqdadır”.


Bu sözləri AzEdu.az-a təhsil eksperti Nadir İsrafilov repetitorluğun bağçalara da ayaq açmasından danışarkən deyib.


 O qeyd edib ki, təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşməyə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir, hətta məktəbəqədər təhsil da daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir:


 “Məsələnin birdəfəlik yoluna qoyulmasında mürəkkəblik və ziddiyyət ondan ibarətdir ki, bu qeyri-rəsmi fəaliyyət sahəsinin tərəfdarları və əleyhdarları, sanki sözləşərək iki qütbə bölünüblər. Repetitorluğu “Təhsilimizin bəlası”, “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandıranlar da var, bu fəaliyyət növünə “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi” kimi baxanlar da.


 Məsələnin ciddiliyi bir də ondadır ki, repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi getdikcə özünə müəyyən dairələrin rəğbətini qazanır, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edir. Problem ondadır ki, mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq xidmətinin göstərilməsinə məhduddiyyət nəzərdə tutulmayıb. Yəni, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdur.


 Bütün deyilənlərə və yazılanlara rəğmən hələ ki məsələyə rəsmi mövqeyimiz ondan ibarətdir ki, “təhsil sistemi ən öndə olan ölkələrdə də repetitorlardan istifadə edilir. Hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər. Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər. Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək, repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək".


 Repetitorluqdan istifafadə edilsin, əlavə hazırlıq üçün müəllim yanına da gedilsin. Amma, bu məsələnin bir əmması var, o da ondan ibarətdir ki, niyə rəsmi fəaliyyət sahiblərinin görməli olduğu işi qeyri-rəsmi fəaliyyətlə məşğul olanlar görməlidir...!?


Əgər, ümumtəhsil məktəbində təhsil alanı məktəbin təhsilverəni lazımi biliklərə yiyələndirmirsə, bəs onda məktəbin, müəllimin funksiyasına nə daxildir? Heç kəsə sirr deyil ki, repetitor dəstəyinə yönəlmə, ali məktəb sevdası ilə bilavasitə əlaqədardır. O da faktdır ki, Sovet dönəmində repetitor anlayışı olmayıb. Repetitorluğun yaranma səbəbi Azərbaycanda test üsulunun tətbiqi və ali məktəblərə qəbulun ixtisas qrupları üzrə aparılması ilə başlayıb. Yəni, bizdə ailələr bəhsə girərək, övladlarının ali məktəbə qəbul olunması üçün onları repetitor yanına göndərməyə başladılar. Məsələ ondadır ki, repetitorluq yeni-yeni yaranmağa başlayanda yalnız 10-11-ci siniflər müəllim yanına gedirdilər və seçdikləri ixtisasa uyğun fənlərdən hazırlaşırdılar. Amma indi bu əlavə məşğuliyyət həvəsi uşaq bağçalarını belə öz ağuşuna alıb”.


 “Ümumiyyətlə götürdükdə repetitorluq nə deməkdir?” sualına gəlincə, ekspert qeyd edib:


 “Bilməyən varsa, bilsin ki, təhsilimizdə ciddi fəsadlarla müşayət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən bu əcnəbı ifadə latıncadan (repetitio) tərcümədə sadəcə olaraq “təkrarlayıcı”, “təkrar edən” anlamına gəlir. Əgər, bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı. bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmin məktəbin müəllimi tərəfındən də yerinə yetirilə bilərdi.


 Bir neçə il öncə, Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt etmişdi. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən, məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilməsi bildirilirdi. Qərara əsasən, Təhsil idarəsi hər hansı fiziki və hüquqi şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilərdi: "Bakı şəhəri üzrə Təhsil idarəsi rəsmisinin sözlərinə görə valideynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstəriləcəkdi. Bununla belə, repetitorluqla məşğul olanların cərimələnməsi barədə faktlara da ara-sıra təsadüf edirik".


Əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb də ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünmək daha məqsədəuyğun olardı. Bu halda, həm məktəb qazanar, həm müəllim, həm şagird və valideyn.


 Şagird əlavə hazırlıq üçün, artıq məsafə qət etməyib, öz məktəbində, öz müəllimləri ilə məşğul olar. Bir məkandan digər məkana gediş-gəlişlərə son qoyular. Dərsdən yayınma halları nəzərə çarpacaq dərəcədə azalar. Valideynin öz övladının məktəbdə olması barəsində arxayınçılığı tam təmin olunar, onun etdiyi ödənişi kənar mənbələrə deyil, məhz müəllimin, təhsil aldığı məktəbin ehtiyaclarına hesablanar. Müəllim-şagird-valideyn münasibətləri tənzimlənər.


 Repetitorluğun leqallaşdırılması nəticəsində, habelə aşkarlıq və şəffaflıq prinsiplərinin işlək mexanizmləri yaradılmış olar. Ən başlıcası isə uzun müddətdən bəri mübahisə və polemika obyekti olan bu taleyüklü məsələyə nöqtə qoyulmasa da, prosesin təkmilləşdirilməsi istiqamətində yeni və daha optimal təkliflərin hazırlanmasına zəmin yaranar.


Onunla da razılaşmalıyıq ki, istər repetitorluq, istərsə də tədris kursları olsun, bunlar artıq minlərlə insanın peşə fəaliyyəti sahəsinə çevrilib və geniş təhsil alan və təhsil verən şəbəkəsini əhatə edir. Hələ ki, nəyin nəyə hesablanması və nəyə xidmət etməsi zamanın öhdəsində olan məsələdir. Istənilən halda, zamana uyğunlaşmaq üçün nəsə etməliyik”.




Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilovdan TƏKLİF

Nadir İsrafilovdan TƏKLİF

Nadir İsrafilov - Bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb.

Nadir İsrafilov - Bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb.

Repetitor olmasa, təhsildə nə dəyişər? - Hətta nazir də bunu etiraf edib...

Repetitor olmasa, təhsildə nə dəyişər? - Hətta nazir də bunu etiraf edib...

Nə qədər ki, test qalacaq, qəbul ixtisas qrupları üzrə aparılacaq, repetitorluq fəaliyyəti də qaçılmaz olacaq

Nə qədər ki, test qalacaq, qəbul ixtisas qrupları üzrə aparılacaq, repetitorluq fəaliyyəti də qaçılmaz olacaq

"Repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb

"Repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb

Nadir İsrafilov: Bu qeyri-rəsmi fəaliyyət növünü “təhsilimizə arxadan vurulan bıçaq zərbəsi” adlandıranlar da oldu.

Nadir İsrafilov: Bu qeyri-rəsmi fəaliyyət növünü “təhsilimizə arxadan vurulan bıçaq zərbəsi” adlandıranlar da oldu.

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

“Təhsilimizin bəlası”, “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu”- TƏHSİL EKSPERTİ DANIŞDI

“Təhsilimizin bəlası”, “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu”- TƏHSİL EKSPERTİ DANIŞDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

Nadir İsrafilov -Deməli,  şagird  öz uşaqlığını normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olur.

Nadir İsrafilov -Deməli, şagird öz uşaqlığını normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olur.

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"