Xəbərlər / Ziyalılar
09 iyul 2023
634


Mərhum dosent Akif Məmmədovun "Seçilmiş əsərləri"nin təqdimatı


Akif Məmmədovun 70 illiyi ərəfəsində "Seçilmiş əsərləri"nin təqdimat oldu.  


    7 iyul 2023 cü il tarixində  Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Akif Məmmədovun 70 illiyi ərəfəsində çap olunmuş "Seçilmiş əsərləri"adlı kitabın təqdimat mərasimi keçirilib."Mütərcim" nəşriyyatında işıq üzü görən kitaba alimin tədris vəsaitləri, elmi-metodiki məqalələri, ayrı-ayrı dilçi, ədəbiyyatşünas və metodist alimlərdən götürdüyü müsahibələr və digər yazıları cəm olmuşdur. 

Nəfis tərtibatda çap olunmuş kitabın ön sözünün müəllifi, redaktoru və tərtibçilərindən biri professor Telman Cəfərov nəşrin tərtib olunmasında və bu cür mükəmməl formatda ərsəyə gəlməsində   Akif Məmmədovun həyat yoldaşı  Sədaqət xanım Məmmədovanın  və tələbəsi  Gülnar Əhmədovanın da  gərgin əməyi olduğunu qeyd etdi. Kitabın təqdimat mərasimini öz əhatəli  çıxışı ilə  açıq elan edən professor, Əməkdar müəllim Telman Cəfərov böyük alim və metodist  Akif Məmmədovun  elmi fəaliyyəti və pedaqogika sahəsində əvəzsiz xidmətləri barədə danışdı. Alimin Bakı Slavyan Universitetinin elmi həyatında  mühüm rol oynadığı vurğulandı.


 Daha sonra Akif Məmmədovun həmkarları, dostları, yetirmələri  onun haqqında maraqlı, kövrək, unudulmaz xatirələrini söylədilər. Çıxış edənlərdən Azərbaycan Universitetinin  dosenti Səfər Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti  İlham Əhmədov,  Bakı Slavyan Universitetinin dosenti Şəhla  Əhmədova,  Əməkdar müəllim İradə  Nəbiyeva, onun yetirmələri və həmkarları  Naibə Kərimova,  Kərimova, Pərvanə Onurlu, Ruhəngiz Qəribova, Gülnar  Əhmədova, Genel Məmmədova və digərləri Akif Məmmədovun həm dəyərli alim, həm səmimi iş yoldaşı, həm mehriban və həssas insan olduğunu xüsusi vurğuladılar.Yaradıcı müəllim, pedaqoq-alim Akif Məmmədovun Azərbaycan dilçiliyi elmində və publisistikasında  həmişə öz dəst-xəttinin olduğu, neçə-neçə gənc müəllimin, alimin yetişib püxtələşməsində müstəsna rolu olduğundan danışan natiqlər öz çıxışlarında böyük alimin həm də dəyərli insan kimi işlədiyi kollektivdə daima hörmətlə qarşılandığını, sayılıb-seçildiyini vurğuladılar. Kitabın təqdimatında Akif Məmmədovun ailə üzvləri də iştirak edərək öz xatirələrini bölüşdülər. 


Bu işıqlı alimin əməllərinin bundan sonra da yaşayacağına, öyrənilib təbliğ ediləcəyinə əmin olduqlarını vurğuladılar. Sonda xatirə şəkilləri çəkildi və təqdimat mərasimi iştirakçılarına görkəmli alimin "Seçilmiş əsərləri" kibabının nüsxələri hədiyyə edildi.


Professor Telman Cəfərov

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Professor Bəşir Əhmədov fenomeni

Professor Bəşir Əhmədov fenomeni

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

“Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

“Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Sadə müəllim, zəhmətkeş alim ömrü

Sadə müəllim, zəhmətkeş alim ömrü

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi