Müəllimlərin iş yerini dəyişdirilməsi barədə məlumat
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsində uğur qazanan iştirakçıların şəxsi kabinetinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib. Sənəd yoxlanışına gələrkən aşağıda qeyd olunan sənədləri təqdim etmək lazımdır:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli;
əmək kitabçasının əsli.
Qeyd edək ki, sənəd yoxlanışı 7-8-9 iyun tarixlərində İnsan Resursları Mərkəzində (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 71) təşkil olunacaq.
Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə sənəd yoxlanışında iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq.