Xəbərlər / Ekspert
28 may 2023
539


Nadir Israfilov:“Təhsil salnaməmizi tarixi dövrlərə görə səciyyələndirmək yanlış yanaşmadır.”


"Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır.”


Heydər Əliyev


Təhsil  tariximizin müəyyən zaman kəsiyində ən yolverilməz və bağışlanılmaz səhvlərimizdən biri o olub ki, unutqanlıq göstərərək, təhsil sahəsində uzun illərdən bəri qazandıqlarımıza qeyri-obyektivlik göstərmiş, təhsilimizin böyük bir dövrünün nailiyyətlərinə qısqanclıqla yanaşmış, digər sonrakı dövrün uğurlarına isə kölgə salmağa cəhdlər göstərmişik. İstər-istəməz, öz-özünə düşünürsən ki, niyə əsrlərdən bəri bütün adətlərimizı, ənənələrimizi və vərdişlərimizi qoruyub saxlamışıq, onlara hörmət, rəğbət bəsləmişik, ancaq təhsil dəyərlərimizə, təhsil ənənələrimizə, vərdişlərimizə isə bir müddət sayğısızlıq göstərərərək, şübhə ilə yanaşmışıq?


Eiraf edək ki, elə bu günün özündə də “Təhsil haqqında” qanuna dəyişikliklərin və digər  əlaqədar məsələlərin müzakirələində problemə müasir tələblər baxımından konkret münasibət bildirmək əvəzinə, bunu dərhal siyasiləşdirmək, şəxsi ambisiyalara qapılaraq, “sovetdən qalmış miras”, “Sovet təhsilli ziyalılarımızın bəzliləri hələ də bu aludəçilikdən qurtula bilməyiblər” kimi cəfəng mövqelər sərgiləyirik. Məsələnin maraqlı olduğu qədər də heyrətləndirici tərəfi ondan ibarətdir ki, bu kimi mövqe sərgiləyənlərin böyük əksəriyyəti Sovet dönəmini belə görməyən, 70 illik bir dövrümüz barədə kifayət qədər təsəvvürləri olmayan gənclər deyil, məhz sovet təhsili hesabına adam olub ortalığa çıxanlardır. Əslində, bu fikirdə olanlar bir növ  özlərini də miras kimi təsdiqləmiş olduqlarının fərqində deyillər.


Istəsək də, istəməsək də razılaşmalıyıq ki, istər Cümhuriyyət dövrü olsun, istərsə də sovet dönəmi, bunlar bizim çoxəsrlik tariximizin, keçdiyimiz uzun, şərəfli və keşməkeşli yolun yaddaşlarımızda iz buraxan salnaməsidir. Müdriklər heç də əbəs yerə deməyiblər ki, “Bəzən arxaya dönüb baxmalıdır insan; haradan gəldiyini unutmaması üçün. ”Bu gün Şərqdə ilk demokratik respublikanın yaranmasından 105 il, yenidən müstəqilliyə qovuşmağımızdan üç onillik bir müddət keçir. Əsrə bərabər bu illər ərzində iqtisadiyyatımızda, elm və təhsilimizdə, mədəniyyət və incəsənətimizdə dərin savada, yüksək ixtisasa  malik nə qədər insanlar yetişib, ölkəmizin daha da inkişaf etməsi və tərəqqisinə öz layiqli töhfələrini verib. Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı,biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.”


Ulu öndərin qeyd etdiyi kimi tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı, Bakı Dövlət Universitetinin yaradılmasına qərar verildi. 



Yarandığı ilk illərdən Xalq Cümhuriyyətinin hakim partiyasının Nizamnamə və Məramnaməsində maarif işləri ilə bağlı ayrıca müddəalar yer alırdı; təhsil sərbəst və ödənişsiz idi, xanımlar da təhsil ala bilərdilər, ibtidai sinifdən ali məktəblərə qədər mərhələli şəkildə tədris aparılmalı və qəbul həyata keçirilməli idi, ali təhsil müəssisələri (darülfünunlar) təhsil prosesində daxili muxtariyyətə malik idilər, ibtidai və orta təhsil icbari xarakter daşıyırdı, təhsil hər bölgədə üstünlük təşkil edən dildə aparılmalı idi, ali məktəblərdə rus dili və Osmanlı şivəsi tədris edilməli idi və s. Məhəlli idarələrin təhsil və tərbiyə ilə bağlı mütərəqqi təşəbbüslərinə mərkəzi hökumət tərəfindən maneə törədilməməli idi.

 

1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən Bakı Dövlət Universiteti  təsis edilməsinə Ümummilli lider olduqca obyektiv qiymət verərək demişdi ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Amma çoxumuz bilmirik ki, Bakı Dövlət Universiteti ilə bərabər daha iki ali məktəb – Əkinçilik İnstitutu ilə Dövlət Konservatoriyası da açılmalı idi, sadəcə, Cümhuriyyətin ömrü çatmadı. 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına  23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi. 

 

1919-cu ilin sentyabr ayında ali təhsil almaq üçün 100-dən çox azərbaycanlı gəncin xarici ölkələrə göndərilməsi təklifi irəli sürülmüşdü. Bu layihənin büdcəsi hər tələbəyə 36 min  və nəqliyyat xərcləri olaraq 5 min rubl nəzərdə tutularaq 4 milyon rubl təşkil edirdi. Tələbələrin ilk dəstəsinin Avropaya göndərilməsi 14 yanvar 1920-ci ilə təsadüf edir. 1919-20-ci tədris ilində dünyanın, əsasən də Avropanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında qərar qəbul edildi ki, bunun üçün də hər tələbəyə 400 frank təqaüd təyin olunurdu və 1000 frank yol xərci ayrılırdı.

 

Sonrakı dönəmdə də Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub, yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilərək, Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.

 

Təkcə, 70-ci illədə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və  “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə,  çatdırılıb,  ali məktəblərdə təhsil alanların sayı isə 70 mindən 100 minə qədər artıb. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Təhsilin davamlı və dayanıqlı inkişafı sayəsində Azərbaycan elmi, mədəniyyəti, ədəbiyyat və incəsənəti özünün intibah dövrünü yaşayıb.

 

Bu gün təhsilimiz uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış potensialın təməli üzərində inkişaf edir və daha da təkmilləşır. Bu potensialı qoruyub saxlamaq və daha da inkişaf etdirmək, təhsildə varisliyi və fasiləsizliyi təmin etmək isə hər birimizin vətəndaşlıq borcudur...



Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu gün təhsilimiz uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış potensialın təməli üzərində inkişaf edir və daha da təkmilləşır.

Bu gün təhsilimiz uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış potensialın təməli üzərində inkişaf edir və daha da təkmilləşır.

Nadir İsrafilov -Təhsildə varisliyi və fasiləsizliyi təmin etmək  hər birimizin vətəndaşlıq borcudur...

Nadir İsrafilov -Təhsildə varisliyi və fasiləsizliyi təmin etmək hər birimizin vətəndaşlıq borcudur...

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi