Bu gün III qrup üzrə qəbul imtahanları keçiriləcək
Dövlət İmtahan Mərkəzi bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.
İmtahanda 22 146 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 20 071 nəfər Azərbaycan, 2 075 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5 579 nəfəri oğlan, 16 567 nəfəri isə qızdır. 19 154 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2 434 nəfər əvvəlki illərin məzunudur. 60 nəfər ali təhsil müəssisələrinin, 498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2008-ci ildəndir.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
" Elektron Təhsil " müsabiqəsi keçiriləcək- Nazirdən ƏMR
Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"
Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb
Sabah II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Bu gün II qrup üzrə qəbul imtahanı keçiriləcək
DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi
Bu gün 28 mindən çox abituriyent qəbul imtahanı verəcək
II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
I və IV ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərin sayı açıqlandı
Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN
Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb
20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub
Həftəsonu II və III qrupa 50 mindən çox abituriyent imtahan verəcək
Sabah ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək - Saatlar qaldı
Bu gün 33139 abituriyent imtahan verəcək
İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək
İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək
27961 nəfər abituriyent I və IV qrup üzrə qəbul imtahanı verəcək – ŞƏNBƏ GÜNÜ BÖYÜK HƏYƏCAN
Sabah I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək
“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.
Bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək
59 və 15 yaşlı namizədin də daxil olduğu 31904 abituriyent iyulun 26-ı imtahan verəcək