AzTehsil.com


Xəbərlər / Ekspert
18 may 2023
950


"Qırmızı diploma güzəşt tətbiq olunmursa, verilməsinə də ehtiyac yoxdur" - ETİRAZ




Elm və təhsil naziri Emin Əmrullayev srağagün keçirdiyi birifinqdə ali məktəbi fərqlənmə (qırmızı) diplomu ilə bitirən məzunlara güzəştlər edilməsi ilə bağlı təklifə münasibət bildirib. nazir deyib ki, qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin olması təklifi haqlıdır.


“Biz güzəşti etmirik, onu işə götürən, bazar müəyyən edir. Lakin dünyada artıq diplomlardan, kağızlardan çox bilik rol oynayır. Güzəşt doğru və dürüst olmalıdır. Misal olaraq, 10 il əvvəl qırmızı diplom almışam və bu gün müsabiqədə iştirak etməməyim düzgün deyil, çünki bilik fərqlidir. Qırmızı diplom bilik və bacarığın əksidirsə, haqlıdır. Yox, sadəcə rəngdirsə, o zaman güzəşt edilməsi düzgün deyil”,-deyə nazir əlavə edib.


Təhsil eksperti Nadir İsrafilov mövzu ilə bağlı Redaktor.az-a danışıb.


Ekspert bildirdi ki, bu gün nəinki, qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin verilib-verilməməsindən, hətta, ümumiyyətlə diplomların, elmi dərəcələrin, testin, qəbul imtahanlarının ləğv edilməsindən yerli-yersiz söhbətlər gedir, əsaslı, əsassız iddialar irəli sürülür:


“Bu da təbiidir. Söz azadlığı dövründə yaşayırıq, fikir prülarizmi anlayışı baxımından hər bir subyektiv fikrə hörmətlə yanaşmaq məcburiyyətindəyik. Bununla belə bu kimi fikir və iddiaların nəzərə alınması heç də o anlama gəlməməlidir ki, bunların reallaşdırılması qaş düzəltmək əvəzinə göz çıxarmaqla nəticələnsin. Hesab edirəm ki, fərqlənmə nişanlarına layiq olan istər məktəbli olsun, istər tələbə, istərsə də ali məktəbi bitirən məzun, bu kateqoriyadan olanlar müəyyən güzəştlər nəzərə alınmaqla rəğbətləndirilməlidirlər, özəl şirkətlər etməsələr belə təhsil sferamızda bunu etməlidirlər. Bu, hər şeydən əvvəl mənəvi stimuldur. Stimullaşdırma və rəğbətləndirmə isə məsuliyyət hissinin artırılmasının başlıca şərtlərindən biridir. Yox, əgər qırmızı diplomun güzəşt baxımından heç bir əhəmiyyəti olmayacaqsa, belə diplomların verilməsinə də ehtiyac yoxdur”.


N.İsrafilov vurğuladı ki, qırmızı diplomun əleyhdarları bir qayda olaraq bu diplomların pulla və ya digər vasitələrlə alınmasını əsas gətirirlər:


“Belə çıxır ki, bu cür faktlar varsa, belə diplomlardan da imtina etməliyik. Elə isə, bir gündə təyyarə, qatar, gəmi bir yana, millyonlarla insan təkcə avtomobil qəzalarında dünyasını dəyişirlər. Onda gəlin bu minik vasitələrindən də imtina edək. Deməli, bu halda söhbət güzəştləri ləğv etməkdən yox, nazirin təbirincə desək, güzəştin doğru və dürüst olmasından gedə bilər”.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Ali məktəbi bitirmiş birinin işə imtahanla qəbul olunması universitetin müəllim heyətinə qarşı edilmiş hörmətsizlikdir?-AÇIQLAMA

Ali məktəbi bitirmiş birinin işə imtahanla qəbul olunması universitetin müəllim heyətinə qarşı edilmiş hörmətsizlikdir?-AÇIQLAMA

Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir

Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Xaricdə alınan diplomların tanınması ilə bağlı problemlər qalmaqdadır.

Xaricdə alınan diplomların tanınması ilə bağlı problemlər qalmaqdadır.

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar