Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB altqrupu) üzrə mayın 14-də keçirilən imtahanın nəticələri elan olunub.
DİM-dən bildirilib ki, namizədlər aşağıdakı keçid vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə altqrupu).
İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə iş nömrəsini “7727” nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 242 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 22, BB2 altqrupu üzrə 48, BB3 altqrupu üzrə 52, BB4 altqrupu üzrə 54 nəfər olmaqla, ümumilikdə 176 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 16 may saat 10:00-dan 18 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib
Dövlət qulluğuna qəbul üzrə müsahibə elan olunub
Dövlət qulluğu vəzifələri üzrə imtahanların nəticələri açıqlanıb
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub
İnzibati vəzifələr üzrə keçirilən test imtahanının nəticələri elan olunub
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - NƏTİCƏLƏR AÇIQLANDI
Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olundu
Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb
İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ: Nəticələr AÇIQLANDI
Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
DİM inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələrini açıqlayıb
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri açıqlanıb
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanın nəticələri elan olunub
İmtahanın nəticələri - AÇIQLANDI
Dövlət qulluğu imtahanının nəticələri AÇIQLANDI
Dövlət qulluğuna test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib
Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub
2022-ci təqvim ili rəqəmlərdə
Paytaxt təhsili 2021-ci təqvim ilində
Dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər) və B (inzibati-icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir
Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır
Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili
Bu namizədlər qeydiyyatdan keçə bilərlər...Test imtahanı keçiriləcək