AzTehsil.com


Xəbərlər / Müəllim
09 may 2023
865


Müvafiq təhsili olmayan bağça müəllimləri işdən çıxarılacaqlar? - RƏSMİ + FOTO




Elm və Təhsil Nazirliyinin (ETN) açıqladığı məlumata görə, ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər həyata keçirilib.


Məlum olub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5 800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur.


Açıqlanan rəqəmlər müzakirələrə səbəb olduğu qədər də həmin müəllimlərin işlədikləri müəssisələrdə qalıb-qalmayacaqları haqqında suallara gətirib çıxardı.


Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin şəxslərin işdən uzaqlaşdırılması haqqında söhbət getmir və ETN-nin belə bir niyyəti də yoxdur. 2026-cı ilə qədər bütün müəllimlər sertifikatlaşdırılma prosesində iştirak edəcəklər. Sertifikasiyadan keçə bilməyən müəllimlər üçünsə bir il ərzində yenidən şans yaradılır.


Elm və Təhsil Nazirliyindən o da bildirilib ki, açıqlanan rəqəmlər yalnız dövlət məktəbəqədər təhsil müəssislərinə aiddir. Özəl müəssisələr buraya aid deyil. Çünki nazirlik ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində müəllimlərin işəqəbulu prosesini test və müsahibə yolu ilə elektron formada mərkəzləşdirilmiş qaydada həyata keçirir.  


Uşaq bağçalarında neqativ hallar haqqında Oxu.Az-a danışan təhsil eksperti İlqar Orucov deyib ki, uzun illər məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərinin tərkibində fəaliyyət göstərməsi belə bir vəziyyət yaradıb:



“Təhsilə heç bir aidiyyəti olmayan insanlar işə qəbul olunublar. Elə insan var ki, 25-30 ilini bu sahədə işləməyə həsr edib, onların işdən uzaqlaşdırılması da müşkülə çevrilib. Amma hesab edirəm ki, təhsilimiz naminə bəlli sayda kontingenti işdən uzaqlaşdırmağa məcburuq. Yoxsa təhsilimizi neqativlərdən qoruya bilmərik. Müvafiq sahə üzrə təhsil almayan minlərlə insan hansısa neqativ yollarla, tapşırıq və rüşvətlə həmin bağçalarda fəaliyyət göstərir. Bəlli sayda insanın narazı qalmasını deyil, keyfiyyətli təhsil mühitinin yaranmasını əsas götürməliyik. Bizə məktəbəqədər təhsil daha vacibdir, nəinki həmin şəxslərin işsiz qalmaları.


Müvafiq sahə üzrə təhsili olmayanların yerinə kadr tapmaq mümkündür. Müvafiq sahə üzrə təhsil verən kolleclər, ali təhsil müəssisələri var. Orada yetişən məzunları yoxlayıb, imtahan edərək, işə götürmək mümkündür.


Məktəbəqədər təhsil təhsilin ilk pilləsi, baza və bünövrədir. Təsəvvür edin, təhsili olmayan şəxs bağçada işləyirsə, özünün təhsili yoxdursa, uşaqlara hansı təhsili ötürə biləcək? Ola bilər, həmin şəxslər bu müddət ərzində hansısa təcrübə qazanıblar. Amma yenə də bu, keyfiyyətli təhsil vəd edən durum deyil”.


Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin bağça müəllimlərini imtahan etməsi nəticəsində çox insan kənarda qalacaq, onların yerinə isə müvafiq təhsili olan, savadlı şəxslər qəbul olunacaqlar:


“Uşaq bağçaları ilə bağlı indiyə qədər çox neqativ hallar ortaya çıxıb. Bağçaya verilən ərzağın mənimsənilməsindən tutmuş, təhsil müəssisəsinə ayrılan ərazinin satılmasına, uşaqlara şiddətə qədər bir çox faktlarla rastlaşmışıq. Ona görə də fürsət var ikən bu mühit mütləq sağlamlaşdırılmalıdır. Bağçalara qaydaları sərtləşdirmək, nəzarəti gücləndirmək vacibdir”.


Xatırladaq ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər.




Загрузка...
Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Təhsil islahatı:   30 ayda nə dəyişdi? İlham Əhmədov

Təhsil islahatı: 30 ayda nə dəyişdi? İlham Əhmədov

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə