Telefonla çox danışanlara XƏBƏRDARLIQ - Bu xəstəliyə tutulacaqsınız
Çinin Cənub Tibb Universitetinin araşdırmaçıları cib telefonu ilə danışmağın yüksək qan təzyiqi riski arasında əlaqəsini tədqiq edibler.
Araşdırma çərçivəsində təxminən 200 min yetkin insan 12 il ərzində təqib edilib.
Tədqiqat göstərib ki, həftədə 30 dəqiqə və ya daha çox telefondan istifadə edənlərin yüksək təzyiqə tutulma riski az danışanlara nisbətən 12 faiz daha çoxdur.
Qeyd olunub ki, yüksək təzyiqə tutulma riski ən yüksək olan qrup gündə bir saat müntəzəm olaraq telefonla danışan şəxslərdir.
Həmçinin məlum olub ki, həftədə 6 saatdan çox telefonla danışanların yüksək təzyiqə tutulma ehtimalı az danışanlara nisbətən 25 faiz çoxdur.
Mütəxəssislərin sözlərinə görə, mobil telefondan istifadə ilə yüksək qan təzyiqi arasında əlaqə qurğuların yaydığı radiotezlik enerjisinin aşağı səviyyədə olması ilə bağlı ola bilər.
Mütəxəssislər ürək sağlamlığı baxımından da telefon danışıqların azaldılması lazım olduğu barədə xəbərdarlıq ediblər.