AzTehsil.com
RU


Xəbərlər
06 may 2023
848


Zaqatalada kənd məktəbi ilanların işğalında: “Direktor otağında çomaq saxlayır” - FOTO




Havaların isinməsi ilə Zaqatalanın Lahıc kənd tam orta məktəbində ilanlar peyda olmağa başlayıblar. Son bir neçə gündə burada dörd ilan öldürülüb. Məktəbin vəziyyətinə gəlincə, atalar demişkən: “Üstü bəzək, altı isə…”  


Bizim.media-nın yerli bürosu bildirir ki, şəhid Qoca Qocayev adına Lahıc kənd tam orta məktəbi keçən əsrin 70-ci illərində inşa olunub. Beş il əvvəl gözdən pərdə asmaq məqsədilə ancaq fasadı təmir olunub.


Şikayət əsnasında sözügedən məktəbə səfər olunub və bizi direktor Salatın İbrahimova qarşılayıb. Şəki-Zaqatala regional təhsil idarəsindən icazə almadan məktəbə daxil olmağımızın mümkünsüzlüyünü bildirib. Direktor sözlərinə onu da əlavə edib ki, “icazə alsanız, çəkiləsi yerlərimiz, göstəriləsi otaqlarımız çoxdur. Acınacaqlı vəziyyətdə tədris aparırıq” .


Regional təhsil idarəsi hara baxır?


Maraqlıdır ki, kənd sakinləri, valideynlər, məktəb rəhbərliyi regional təhsil idarəsinə bir neçə dəfə müraciət etmələrinə baxmayaraq, hələ bir nəfər bu təhsil ocağı ilə maraqlanmayıb. Telefonla müraciət edilib, çəkilişlə bağlı icazə istənilib. Lakin dərs prosesinə “mane olacağımızı”, çəkilişin dərslər başa çatandan sonra mümkünlüyünü bildiriblər. Dərsdən evə gedən şagirdlərlə həmsöhbət olduq. Əslində “xəbərin də, hadisənin də doğrusunu uşaqdan öyrən” məsəli köməyimizə gəlib.


Məktəbli Murad Səmədov bildirib:


“Bacım deyib ki, sizin sinfin pilləkəni yanında ilan olub, Elsevər müəllim gəlib öldürüb”.


Məktəbdə şagirdlər tək ilanların qorxusunu yaşamır, həm də ətrafdakı itlər də onlara təhlükə yaradıblar.


Bu barədə isə Emil Hubuşov danışıb: 


“Məktəbə mağazadan qayıdan zaman əlimdə bulka vardı, bu zaman it üstümə gəldi və mənə cumdu. Qaçıb bir təhər canımı qurtardım”.


Dərslər başa çatıb və biz məktəbə daxil olduq. Məktəbin dəhlizləri, qapı-pəncərələri, ümumiyyətlə, gözə nə dəyirsə, qəzalı vəziyyətdədir. İsmayıl müəllimin təklifi ilə illər əvvəl qəzalı vəziyyətə düşən və təkqat kərpic üzərində dayanan daha bir sinif otağına baxış keçirdik. An məsələsidir ki, panel çöksün.  


Valideyn Ceyran Yusifova qeyd edib ki, ərazi seysmik zona olduğundan uşaqların və müəllimlərin həyatı təhlükədədir:


“Valideyn olaraq biz bəzən gündə 5-6 dəfə bura gəlməyə məcbur oluruq. Uşaqlarımızın həyatı təhlükədədir. Yazda ot qaynayan vaxt problem olur. İlanlar çıxır, uşaqlar ayaqyoluna gedə bilmirlər. Son günlər ilanların çoxalması bizi daha çox narahat edir”.


Valideynlər məsələ ilə əlaqədar dəfələrlə müvafiq təşkilatlara müraciət etdiklərini, lakin bu günə kimi cavab almadıqlarını deyiblər.


Valideyn Dilbər Musayeva bildirib ki, onun nəvəsi burada təhsil alır: 

”Övladlarım bu məktəbdə oxuyub, hazırda da nəvələrim məktəbə gəlir. Amma indi məktəbin vəziyyəti çox acınacaqlıdır. Təmirsizdir, sinif otaqları pis vəziyyətdədirlər. Burada ilan, əqrəb, nə desəniz çıxa bilər”.


Direktor otağında çomaq saxlayır


Məktəbdə olarkən onu da öyrəndik ki, son dəfə ilan direktorun qəbul otağından çıxıb. Və bu neqativ hal əvvəlki günlərdə də təkrarlanıb.


Direktor Salatın İbrahimova müsahibədən yayınsa da, müavini İsmayıl Abdullayev tək rəhbər şəxs deyil, həm də valideyn, vətəndaş mövqeyini ifadə edib:


“Bu şəraitdə dərs tədris etməyimizə baxmayaraq, hər il məktəbimizi qurtaran məzunların 50-60 faizi yüksək nəticə göstərir. Bütün rayon məktəbləri kimi biz də keyfiyyətli tədris mərkəzində dərs keçmək istəyirik. Qışda lap çətin vəziyyətə düşürük. Bütün sinif otaqları tüstü olur. Müəllimlər və şagirdlər o qədər qalın geyinirlər ki, sinifdə hərəkət edə bilmirlər. Hazırda havalar isinir və məktəbimizdə ilanlar peyda olurlar. Artıq bir neçə gündə 4 dənə ilan öldürmüşük. Bu da həm bizi, həm də bizdən çox uşaqları narahat edir. Çünki ilanlar zəhərlidirlər. Uşaqlar daim təhlükə qarşısındadırlar. Aidiyyəti orqanlardan xahiş edirik ki, bizim səsimizi eşitsinlər”.


Rəsmilərdən şablon cavab və ilan söhbətini arxa plana keçirmək cəhdi


Məktəb rəhbərliyinə - “Şəki-Zaqatala regional təhsil idarəsindən məktəbin vəziyyəti ilə maraqlanan olubmu?”, - sualı ünvanlanıb. Cavabsız baxışlardan məktəbə daxil olmağa nə üçün icazə verilmədiyini anlayırıq. Axı məktəbin, sinif otaqlarının təmirinə ayrılan vəsaitlərin yoxluğu bilinəcəkdi, necə ki, bilindi...  


Məsələ ilə əlaqədar biz növbəti dəfə rahat və səliqəli otaqlarda bölgə təhsilini idarə edən rəhbərliyə məktəbdə ilanlar və qəzalı məktəblə bağlı sorğu ünvanladıq. Cavabları şablon cümlə ilə tamamlanır:


“Sözügedən kənd tam orta məktəbin cari təmir olunması nəzərdə tutulub”.


Bəs ilanlarla bağlı kim tədbir görəcək? Bu haqda isə danışmaq istəmədilər... 


“Yəqin regional təhsil idarəsində çalışanlardan birinin övladı Lahıc məktəbində oxumuş olsaydı, bu acınacaqlı vəziyyət yaşanmazdı”, - deyə valideynlər qeyd ediblər.


Məsələ diqqətdə saxlanılacaq.









Загрузка...
Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Zaqatalanın ucqar dağ kəndində müəllim elə bir formada dərs keçdi ki...

Zaqatalanın ucqar dağ kəndində müəllim elə bir formada dərs keçdi ki...

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Zaqatalada “ən yaxşı təqdimat” müsabiqəsi  keçirilir

Zaqatalada “ən yaxşı təqdimat” müsabiqəsi keçirilir

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Türkiyəli rektor Gəncəyə səfər edib - FOTO

Türkiyəli rektor Gəncəyə səfər edib - FOTO

“Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib

“Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib