AzTehsil.com


Xəbərlər / Ekspert / Müəllim
24 mart 2023
2 026


Azərbaycanlı alim Rusiya Federasiyasında keçirilən konfransın plenar iclasında məruzə ilə çıxış edib.




 Rusiya Federasiyası  Dağıstan Dövlət Tibb Universitetinin (DDTU)  mətbuat xidməti xəbər verir ki,  23 mart 2023-cü il tarixində DDTU-nin   “Elm,  Təhsil  və İnnovasiya Mərkəzi”ndə “Rəqəmsal Transformasiya: Elm, Təhsil, Tibb”  adlı beynəlxalq iştirakçılıqla  ÜmumRusiya elmi-praktik konfransı keçirilmişdir. Konfrans oflayn-onlayn rejimdə keçirilib.


Konfransı giriş sözü ilə açan  DDTU-nin tədris işləri üzrə prorector, prof.  Razi Rəhimov iştirakçıları salamlamış, konfransın işinə uğurlar arzu etmişdir. O qeyd  etmişdir ki, rəqəmsallaşmaya indi dünyada, bütün sahələrində böyük diqqət yetirilir. Təhsilin rəqəmsallaşdırılması neyroşəbəkə texnologiyaları, bulud, koqnitiv texnologiyalar və süni intellekt texnologiyalarının istifadəsinə əsaslanır. Bu çoxlu sayda funksiyaları avtomatlaşdırmağa və tam hüquqlu təlim üçün xüsusi təhsil mühiti yaratmağa imkan verir.   



Strateji inkişaf üzrə prorektor Cəmilə  Ömərova öz çıxışında qeyd etdi ki, bizim qarşımıza kifayət qədər ciddi vəzifələr qoyulub:  universitetimizin  əsas  fəaliyyət istiqamətlərindən olan, universitetin   rəqəmsal yetkinliyinə nail olmaq. Bu istiqamətdə nələri  planlaşdırırıq? İlk növbədə rəqəmsal səriştələrə malik  əməkdaşların  xüsusi çəkisinin artırılması (2030-cu ilədək  əməkdaşların  80%-i belə səriştlərə sahib olacaqlar).  DDTU  e-learning vasitəsilə həyata keçirilən əlavə təhsil proqramlarının payının artırılması üzərində də işləyirik. Mühüm vəzifə rəqəmsal texnologiyanın sürətli tətbiqi və bununla da  müvafiq  departamentin rəqəmsal transformasiya proqramının tam  həyata keçirilməsidir. Eyni dərəcədə vacib vəzifə kadrların hazırlanmasıdır. Uniersitetimiz rəqəmsal iqtisadiyyat  mühitində işləyəcək  həkim kadrlar  hazırlayır.  Onlar rəqəmsal texnologiyaya yiyələnməli, süni intellektin resurslarından tam sərbəst istifadə etməlidirlər”, - deyə Cəmilə Ömərova çıxışında bildirib. 


Daha sonra konfransda  Dağıstan Respublikası Səhiyyə Nazirliyi adından Dağıstan Respublikası Səhiyyə Nazirliyinin  Respublika Tibbi  İnformasiya Analitik Mərkəzinin (RTIAM)  direktoru  prof. E. Mustafayev konfrans iştirakçılarını salamlamış, universitet rektoruna  belə aktual mövzuda  tədbir təşkil etdiyinə görə təşəkkür etmişdir. O, qeyd etmişdir ki, DDTU-də rəqəmsal transformasiya ilə bağlı xeyli iş aparılır, maddi-texniki bazası ilbəil  yaxşılaşdırılır.  Konfransın plenar hissəsi DSMU-nun Biofizika, informatika və tibbi texnika kafedrasının müdiri, dos. Ramazan Əbdülqəlimovun “Rəqəmsal  səhiyyənin real vəziyyətinin təhlili və inkişaf perspektivləri” adlı məruzəsi ilə davam etmişdir.  


Daha sonra  konfransın  Azərbaycandan olan qonağı, ADPU-nun “Kompüter elmləri”  kafedrasının dosenti,  İlham Əhmədov  onlayn rejimdə  konfransın fəaliyyətinə qoşulmuş,  “Avropa İttifaqı ölkələrində təhsilin rəqəmsal transformasiyası təcrübəsi” adlı məruzəsini təqdim etmişdir.  Məruzəçi qeyd edib ki, insan həyatının və cəmiyyətin rəqəmsallaşması sürətlə baş verir, bir çox ölkələr müvafiq inkişaf strategiyaları və qanunlar hazırlayır. Aİ ölkələrinin bu sahədəki böyük təcrübəsi keçid iqtisadiyyatı yaşayan ölkələr, xüsusən də postsovet ölkələri üçün faydalı ola bilər. İnnovativ iqtisadiyyat yaratmağı planlaşdıran ölkələr BMTİP-in, Aİ-nin bütün konseptual sənədlərini diqqətlə öyrənməlidirlər. Bu sənədlər əsasında həyatın bütün sahələrində, o cümlədən elm, təhsil və tibb sahələrində rəqəmsallaşmanın inkişafı üçün öz milli strategiyalarını və inkişaf proqramlarını  yaratmalıdırlar.  Aİ ölkələri rəqəmsal təhsilin inkişafı üçün birgə planlar tərtib edərək, fəaliyyət planı hazırlayıblar. Bu plan 2020-ci ildə qəbul edilib. Fəaliyyət Planı rəqəmsal təhsil sahəsində Avropa səviyyəsində daha sıx əməkdaşlığa çağırışdır. Məqsəd COVID-19 pandemiyası ilə bağlı çətinlikləri dəf etmək, yaranan problemləri həll etmək,  milli, Avropa və beynəlxalq səviyyələrdə istifadə edilə bilən təhsil və öyrənmə texnologiyalarını təkmilləşdirməkdir. 

  


Daha sonra  DDTU-nin Biofizika, informatika və tibbi texnika kafedrasının professoru Məhəmməd Rizaxanovun  “Müasir elektron vasitələrin  uşaq və  gənclərin zehni inkişafına bəzi mənfi təsirləri”,  DDTU “Elektron Tibbi Təhsil İnstitutu”nun direktoru, dos. Telman Vəzirovun  “Onlayn mühazirələrdən ənənəvi istifadə imkanları  v.s. mövzularda maraqlı məruzələri dinlənildi. 

Konfrans yüksək səviyyədə keçdi və nəzərdə tutulan məqsədlərə nail oldu. 

DDTU-nun mətbuat xidmət





Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır -Limunət Əmrahlı

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır -Limunət Əmrahlı

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi

Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Ali təhsildə elmin inkişafı naminə

Ali təhsildə elmin inkişafı naminə