Xəbərlər / Müəllim
19 mart 2023
1 067


“Müəllim və həkimlər təqaüdə 65 yox, 70 yaşında göndərilsin..?”


Nadir Israfilov: “Təqaüd yaş həddinin dəyişdirilməsi yox, təqaüdə çıxanların sosial durumunun yaxşılışdırılması barədə düşünsək daha məqsədəuyğun olar.” 


Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılmasını təklif edib. 


Komitə sədri hökumətin hesabatının müzakirəsi zamanı bildirib ki, həkim və müəllimlərin işçi kimi saxlanılmasında 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalıdır. Onun sözlərinə görə, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq həkim və müəllimlərin təqaüd yaş həddi istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olardı.


Deputatın təklifinə təhsil mütəxəssisi Nadir İsrafilov münasibət bildirib.


Bir müddət əvvəl də qadınların pensiya yaşının azaldılması təklif edilmişdi . Bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi"ndə öz əksini tapmışdı. Rəsmi statistikaya istinad etsək Azərbaycanda ötən il doğulan insanlarda gözlənilən ömür uzunluğu 75 yaş olub. Azərbaycanda gözlənilən orta ömür uzunluğu kişilər üçün 73,1 yaş, qadınlar üçün 77,8 yaş təşkil edir. Bəzi rəqəmlərə görə bizdə orta ömür uzunluğunun 2019-cu ildəki 76,4 yaşdan 2020-ci ildə 73,2 yaş həddinə düşməsi bir sıra səbəblərlə izah olunur və Azərbaycanda orta ömür uzunluğunun 2019-cu ildəki 76,4 yaşdan 2020-ci ildə 73,2 yaş həddinə düşməsinin səbəblərindən danışan mütəxəssislər bu tendensiyanın hələ bir müddət davam edəcəyini proqnozlaşdərər. Ümumi tendensiya isə ondan ibarətdir ki,  Azərbaycanda orta ömür müddəti az, pensiya yaşı yüksəkdir... 


Ekspertin sözlərinə görə müxtəlif rəqəmləri, düsturları və orta ömür göstəricilərini bir kənara qoysaq, belə bir nəticəyə gəlmək olur ki,  70 yaşdan təqaüdə çıxanlar 40-45 illik gərgin əmək fəaliyyətindən sonra nəhayət cəmi 3-5 il pensiya almalı olacaq, asudə və qayğısız istirahət etmək şərəfinə layiq görüləcəklər. O da hamıya qismət olsa. Buna görə də təqaüdlə bağlı yaş həddinin dəyişdirilməsi deyil, təqaüdə çıxanların sosial durumunun necə yaxşılışdırılması barədə məsələni müzakirə etsək, yaş həddinin artırılması və ya azaldılması barədə düşünməyə də lüzum qalmaz.. Bir də ki, hazırki qanunvericilik, onsuz da 70 yaşa qədər əmək fəaliyyəti ilə məşğul olmağa imkan verir.

Məlumdur ki, çalışma həddinə çatmış müəllimlərlə müddətli əmək müqavilələrinin bağlanması presudurları barədə Azərbaycan Respublikası təhsil nazirinin 10 mart 2017-ci il tarixli 141 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsilverənlərin peşəkarlığının təmin edilməsi üzrə Tədbirlər Planı”nın icrası istiqamətində çalışmanın yaş həddinə çatmış müəllimlərlə müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı xüsusi presudurun müəyyənləşdirilməsi məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutularaq Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.

Mövcud Qanunvericiliyə əsasən yaşı 65-ə çatan müəllimlərlə 1 ildən 5 ilədək əlavə əmək müqaviləsi bağlana bilər və təqaüdçü müəllimin təhsil sahəsində xüsusi xidmətləri, fəxri adı, kollaktivdə xüsusi hörməti və çalışdığı təhsil ocağında uyğun vakansiya olduğu halda isə bu müddət uzadıla bilər. Bununla belə bu kimi halların bəzi regionlarda nəzərə alınmaması o demək deyil ki, bu kimi hallar kimlərinsə yox, Qanunvericiliyin günahıdır.  Halbuki, bu günün özündı də xüsusilə ucqarlarda elə məktəblərimiz var ki, orda müəllim qıtlığı yaşanır. Gənc kadrlar o məktəblərdə işləmək istəmir. Bu üzdən də müəyyən nüanslar nəzərə alınmalı, təqaüd yaşına çatan təcrübəli müəllimləri azad etmək hesabına süni surətdə əlavə vakansiyalar yaratmağa lüzum olmamalıdır. Obyektivlik təmin olunarsa, təqaüd yaşının artırılması və ya azaldılması sahəsində problem də qalmaz.


Birdəki,  çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin müddəti  müəyyənləşdirilmiş tələblər və meyarlar gözlənilməklə obyektiv şəkildə həyata keçirilərsə, müəyyən narahatçılıq və narazılıqlar da bir o qədər azalmış olar. Əksər dünya ölkələrində təqaüd yaşına çatan insanlar öz istəkləri ilə işdən ayrılırlar. Tam işsiz qala bilməyənlər isə daha yüngül işlərlə məşğul olur. Təbii ki, orda pensiyaların yüksək olması yaşlı insanlara həyatlarını istədikləri kimi yaşamağa imkan verir. Bizdə isə pensiyaya çıxan insanların əksəriyyəti özünü gərəksiz hiss edir, aldığı pensiya ilə dolanmağa çətinlik çəkir, ölkəmizdə müəyyən yaşdan sonra iş tapmaq isə asan deyil. Amma həyatın qanunu belədir: nəsillər bir-birini əvəz etməlidir.


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək pensiyaları yaşa görə belə hesablanacaq

Əmək pensiyaları yaşa görə belə hesablanacaq

Pensiya yaşı 70 yaşa qədər artırılsın – MİLLƏT VƏKİLİ XAHİŞ ETDİ

Pensiya yaşı 70 yaşa qədər artırılsın – MİLLƏT VƏKİLİ XAHİŞ ETDİ

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Azərbaycanda pensiya yaşı azaldılacaq? - Deputat açıqladı - VİDEO

Azərbaycanda pensiya yaşı azaldılacaq? - Deputat açıqladı - VİDEO

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Azərbaycanda pensiyaya çıxmaq istəyənlərin nəzərinə - Nazirlik AÇIQLADI

Azərbaycanda pensiyaya çıxmaq istəyənlərin nəzərinə - Nazirlik AÇIQLADI

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

Diplomu əlində iş axtaranlar

Diplomu əlində iş axtaranlar

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası