Xəbərlər / Ekspert
16 mart 2023
1 854


Dövlət İmtahan Mərkəzini müdafiə eləmək fikrində deyiləm. - Nadir İsrafilov


Son günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumtəhsil müəssisələrinin məzunları üçün keçirilən buraxılış imtahanları abituriyentlər və repetitorlar tərəfindən böyük narazılıqla qarşılanır. Həm abituriyentlər və müəllimlər imtahan suallarının həddindən artıq qəliz olmasından şikayətləniblər.


Böyük əksəriyyətin narazı olduğu məqam mətndə bəzi faktların tapılması, müqayisəsi və cavab kartına köçürülməsi üçün verilən vaxtın yetərsiz olduğudur. Şagirdlərin fikrincə, publisistik mətnin abzasları arasında rabitəsizlik mətni qavramaqda çətinlik yaradıb. Mütəxəssislərə görə, bu çatşmazlıqlar və vaxtın bitmə əndişəsi onsuz da gərgin olan bir şagirdə əlavə stress gətirir, yaza biləcəyi suallarda səhvlər etmiş olur.


Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov dedi ki, bu məsələ ilə bağlı birmənalı danışmaq mümkün deyil.


Onun sözlərinə görə, neçə illərdir bu proses davam edir:


"Təsəvvür edin ki, TQDK yaranandan, sonra DİM-ə çevriləndən, bu məsələ müzakirə obyektidir. Hərə bir cür yanaşır. Dövlət İmtahan Mərkəzi öz arqumentlərini gətirir və izah etməyə çalışır ki, bu suallar hamısı qanunauyğun salınıb. İndi kimlərsə izah edir ki, burada dərsliyə düşməyən tədris planından fərqli suallar salınır, ona görə uşaqlar çətinlik çəkirlər. Dövlət İmtahan Mərkəzi öz cavabında əsaslandırır ki, burada tədris planından kənar heç bir sual salınmayıb. Əlbəttə, bir məsələ də var ki, “od olmayan yerdən tüstü çıxmaz". Dövlət İmtahan Mərkəzi dəfələrlə o testlərdə gedən səhv, anlaşılmazlıq olanda bunu rəsmi etiraf eləyiblər. Bir də ki, hər hansı bir problemlə bağlı Dövlət İmtahan Mərkəzinin Apellyasiya Komissiyası var. Mən dəfələrlə o apellyasiya komissiyalarının işində oranın İctimai Nəzarət Şurasının üzvü kimi iştirak eləmişəm. Dövlət İmtahan Mərkəzini müdafiə eləmək fikrində deyiləm. Amma istənilən məsələni, problemi apellyasiya vasitəsilə həll eləmək olur. Əgər orada sual düzgün qoyulmayıbsa, anlaşılmazlıq varsa, vətəndaş müvafiq apellyasiya verir və orada Apellyasiya Komissiyası bu məsələyə baxır və şikayətlər qəbul olunub, öz nəticəsini verib. İndi "Ali təhsil haqqında" qanunla bağlı Milli Məclisdə müzakirələr gedir. Burada Dövlət İmtahan Mərkəzinin də ünvanına xeyli iradlar bildirilib. Hətta testin ləğv olunması, ümumiyyətlə, qəbul qaydalarının formatının dəyişdirilməsi və sairlə bağlı məsələlər hardasa 600-ə qədər orada təkliflər verilib".


Nadir İsrafilov hesab edir ki, bütün bu deyilənlər, nöqsanlar heç də testin ləğv olunmasına əsas vermir.


"Çünki islahat proqramında da birmənalı şəkildə göstərilib ki, uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yoli ilə təhsildə məzmun və formaca yeniliklər aparılmalıdır. Təsəvvür edin ki, testə keçəndə biz nə qədər problem yaşadıq, uşaqların ora adaptasiya olunana qədərki problem. Testi ləğv eləsək, bir 30 il də bu məsələlər müzakirə obyektinə çevriləcək. Əlbəttə ki, iş olan yerdə nöqsan da olur. Şübhəsiz ki, o deyilənlərdə həqiqət də var. Hər halda imkan daxilində Dövlət İmtahan Komitəsi hələ ki, o şəffaflığı, obyektivliyi saxlayan bir qurum kimi çoxlarının yaddaşında qalır. Hansısa bir sualda çətinlik var deyə komissiyanı aşağılamaq düzgün mövqe deyil. Attestat almamış imtahanların mart ayında keçirilməsi kimi bu cür söhbətlər olub, olacaq. Ona görə də mən hesab edirəm ki, bu son qanun layihəsi bu məsələlərə çox böyük impuls verdi. Bunu artıq Milli Məclis Elm və Təhsil Nazirliyi ilə birgə müzakirə aparır" -  deyə ekspert qeyd etdi.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Hansı universitetlər Bakıdan köçürülə bilər? - ARAŞDIRMA

Hansı universitetlər Bakıdan köçürülə bilər? - ARAŞDIRMA

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Repetitorlar danışdılar: “Vergi ödəməyimiz yaxşıdır, lakin…”-MÜZAKİRƏ

Repetitorlar danışdılar: “Vergi ödəməyimiz yaxşıdır, lakin…”-MÜZAKİRƏ

İbtidai sinif müəllimləri mütləq oxuyun

İbtidai sinif müəllimləri mütləq oxuyun

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

Dərsliklərdə kobud səhvlər: “Qurbanəli bəy opera müğənnisinə oxşayırdı”

Dərsliklərdə kobud səhvlər: “Qurbanəli bəy opera müğənnisinə oxşayırdı”

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib