AzTehsil.com

Xəbərlər
06 mart 2023
577

Hakim sabiq rektorun məcburi məhkəməyə gətirilməsini istədi

Bakı Slavyan Universitetinin (BSU) sabiq rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyeva növbəti dəfə məhkəməyə gəlməyib.

APA xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib.

Prosesə sədrlik edən hakim Əli Məmmədov deyib ki, Nurlana Əliyevanın məhkəmədən yayınması ilə bağlı məsələ yenidən araşdırılıb. Məlum olub ki, Nurlana Əliyeva 2022-ci ilin noyabrın 18-də ölkədən çıxıb, 12 gün sonra – noyabrın 30-da yenidən ölkəyə giriş edib:

“Dəfələrlə təklif etsək də, polisə müraciət ünvanlasaq da, şəxsin məhkəməyə gətirilməsi mümkün olmayıb. Əvvəlki prosesdə məlumat daxil oldu ki, səhhətində problemlər olduğu üçün Türkiyəyə gedib. Bir qədər sonra isə mediada məlumat yayıldı ki, Nurlana Əliyeva ölkədədir. Hətta açıqlama verərək məhkəmənin ona çağırış göndərmədiyini deyib”.

İş üzrə dövlət ittihamçısı Nurlana Əliyevanın əvvəlki ifadəsinin elan olunmasını təklif edib.

Təqsirləndirilən şəxs isə dövlət ittihamçısının fikri ilə razılaşmayıb: “Burada mənim taleyim həll olunur, Nurlana Əliyeva bu qədər adamı sayıb məhkəməyə gəlmir”, – Dürdanə Əliyeva deyib.

Vəkil Rövşən Mərəndski də Dürdanə Əliyevanın mövqeyini müdafiə edib.

Müşavirədən sonra Nurlana Əliyeva barəsində məcburi gətirilmə qərarının qüvvədə saxlanıldığı elan olunub:

“Universitetin şöbə müdiri ittiham olunursa, təhsil ocağının rektoru məhkəmədə dindirilməlidir”, – deyə hakim Əli Məmmədov qərarı əsaslandırarkən deyib.

Növbəti proses martın 13-nə təyin olunub.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2 (külli miqdarda mənimsəmə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.

Загрузка...
Həmçinin oxuyun:
BSU-da imtahanların gedişatı ilə əlaqədar mediatur keçirilib

BSU -nun sabiq rektoru Nurlana Əliyeva məcburi məhkəməyə gətiriləcək

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

BSU-nun sabiq şöbə müdirinin cinayət işi üzrə məhkəmə davam etdirilib

BSU-nun sabiq şöbə müdiri sabiq rektorun məsuliyyətə cəlb olunmasını tələb edir

VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları BSU-da olublar

Vətən müharibəsi iştirakçısı: “BSU-nun şöbə müdirinə verdiyimiz ödəniş mənimsəndiyinə görə yoldaşımın diplomunu vermirlər”

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

BSU-nun sabiq şöbə müdirindən etiraf: “Dörd min manatı Nurlana Əliyevaya verdim”

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

Mənimsəməyə görə saxlanılan BSU-nun sabiq şöbə müdiri: “Aldığım pulun 6 800 manatını Nurlana Əliyevaya verdim”

Tacikistan səfiri BSU-da olub..."BSU ilə əməkdaşlıq etmək bu ölkə universitetlərinin arzusudur"

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə