Kompüterdən istifadə edərkən nələrə diqqət edilməlidir?
Yaxşı olar ki, xüsusi gözlüklərdən istifadə edilsin: eynəklərin üzərindəki əksetdirici örtüklər ultrabənövşəyi dalğa uzunluqlarının gözlərə nüfuzunu azaltmaqla rahatlıq verir.
Kompüterin qarşısında dik və rahat oturmaq lazımdır. Ayaqlar yerə perpendikulyar, kürək və qollar düz, budlar və dirsəklər yerə paralel olmalıdır. Kreslonun arxa dəstəkli və tənzimlənən olması məsləhətdir.
Ekran parlaqlığı adama narahatverici səviyyədə olmamalıdır.
Elə etmək lazımdır ki, ekranın yuxarı kənarı göz səviyyəsində dursun. Bu, ekrandadakıları rahat şəkildə görə biləcəyiniz ən uzaq bir məsafə olmalıdır.
Gözlə kompüter ekranı arasındakı məsafənin 60 sm.-dən yaxın olmamasına diqqət yetirin.
Nəzərə alınmalıdır ki, gözlər tez-tez qırpılmalıdır. Bunu şüurlu şəkildə etmək lazımdır. Normalda gözlər dəqiqədə orta hesabla 25 dəfə qırpılır. Qırpma hərəkəti zamanı yuxarı göz qapağı istirahət edir. Göz yumurtası göz yaşı ilə qidalanır və təmizlənir. Sürüşkən göz səthi aydın olur və təmiz görməni təmin edir. Ekran karşısında isə gözqırpmanın sayı 10-dan aşağı düşür. Bu zaman göz yaşları buxarlanır, səthi quruyur, gözlərdə yanma, qızarça və sancma yaranır. Ona görə də kompüterdən istifadə edərkən gözləri bilərəkdən qırpmaq bir çox şikayətin qarşısını alır.
Diqqəti cəmləmək və yaxşı görmək üçün ekrana gözləri geniş açaraq baxmaq lazımdır. Bu, göz xəstəliklərinin əlamətlərini artırır. Ona görə kompüterlə işləyərkən şüurlu şəkildə gözləri qıymaq lazımdır.
Meydana gələn göz quruluğun qarşısını almaq üçün süni göz damcıları ilə nəm dəstəyi vermək də yaxşı seçimdir.
Klavyatura, ekran, maus və baxılan mənbə bir-birinə yaxın olmalıdır.
Yenilənmə sürəti yüksək və düz ekran olması məsləhətdir. Kompüter ekranından gələn süaları azaldan ekran və ya qoruyucularından istifadə edilməlidir.
20-20-20 qaydasına əməl etməyə diqqət edin. Bu, hər 20 dəqiqədə bir dəfə 20 saniyə 20 metr uzağa baxılaraq tətbiq edilir. Gözlərinizi müntəzəm olaraq ekrandan çəkməyə imkan verən bu texnika göz əzələlərinin inkişafını dəstəkləyir. Nəticədə gözlərinizin dincəlməsi üçün fürsət yaranır.
Göz içi əzələləri mümkün olduqca istirahət etdirmək üçün uzaq məsafələrə baxmaq lazımdır.
Açıq tonlardan olan ekran rəngi seçin.
Mümkün qədər böyük monitor olsa, yaxşıdır.
Ekran qoruyucunuzu tez-tez aktiv olacaq şəkildə tənzimləyin.
Göz sağlamlığınızı eynəklə qoruyun. Ultrabənövşəyi gözlüklər və ekran filtrləri ilə kompüterdən əks olunan işığı azaltmaq mümkündür. Onlayn həyat tərzi üçün hazırlanmış eynək hər yerdə tapılır. Hər hansı bir kompüter ekranına uyğun olan filtrlərdən də birini seçmək doğru yoldur.
Ekranın pəncərələrlə bucağı uyğun olmalı, şüşənin əksi və kölgələr ekrana düşməməlidir.
Böyük və gözləri yormayan şriftlərlə yazmaq, tünd fonda açıq rəngli yazılarla işləmək faydalıdır.
Ekranlar quruluşuna görə çoxlu toz yığdığı üçün uyğun materiallarla tez-tez təmizlənməlidir.
Bütün bunların paralelində çalışdığınız iş yerinin, otağın havasını ara-sıra dəyişməyi unutmayın.