Xəbərlər / Ekspert
02 mart 2023
624


Ekspert -Bu bacarıqları nə vaxt və harda qazana biləcəkləri heç kəsi maraqlandırmır.


Məlum məsələdir ki, universitet məzunlarının bir hissəsi ya oxuduqları sahədən çox fərqli sahələrdə işləməli olur, ya da bir çoxu işsizdir. Bəs, gənclər niyə işsiz qalıb?


SİA mövzu ilə bağlı araşdırma aparıb.


İşsiz gənc universitet məzunları iş axtarışı prosesində qarşılaşdıqları ən böyük problemin “təcrübə tələbi” olduğunu söyləyirlər. Belə ki, universiteti bitirən gənclər işləmək üçün hansı iş yerinə üz tutsalar, onlardan təcrübə tələb olunur. Heç kim anlamır ki, axı bu gəncdir, universiteti daha yeni bitirib. Bu halda o harada təcrübə qazana bilər?! Nəticədə, əksər iş yerləri gənclərə üz döndərir.


Araşdırmalar göstərir ki, gənclərin işsiz qalmasının səbəblərindən birincisi bacarıqlarını sınamamalarıdır.


Universitet yaşlı gənclərin böyük bir hissəsi, əslində, hansı peşəyə yiyələnmək istədikləri və hansı peşəyə daha çox meylli olduqlarından xəbərsizdirlər. Bir çox gənclər bu mühüm suallara hələ aydın cavab verə bilmədən ixtisas seçimi edirlər. Lakin unutmaq olmaz ki, istedad, bacarıq və şəxsiyyətə uyğun peşə seçimi uğur və xoşbəxtliyi, yəni həyat keyfiyyətini şərtləndirəcək ən mühüm məsələlərdən biridir. Uğurlu hiss etdiyimiz, sevdiyimiz və səhərə sevinclə getdiyimiz bir işdə çalışmaq çox böyük şansdır.


Səhv seçim etdikdə oxuduqları ixtisasa olan maraqlarını itirirlər.


Yanlış seçim etdikdən sonra şagird həm dərsə, həm də peşəyə olan marağını itirməyə başlayır. Bildiyimiz kimi, tələbələr universitet dövründə kifayət qədər təcrübə qazanmırlar.


Hansı ixtisasın yaxşı iş imkanları yaradacağını öncədən anlaya bilmirlər.


Gənclər gələcəkdə hansı işlərin daha perspektivli olacağını öncədən bilmirlər.


Ölkədə universiteti bitirən gənclərin çoxu iş tapa bilmədiyi üçün öz sahəsindən kənarda müxtəlif sahələrdə işləməli olur. Digər bir qisim isə iş tapmaq ümidini itirir.


İş tapmamağın səbəbləri nələrdir?


Gənclərdə işsizlik bizdə olduğu kimi bütün dünyada da böyük problemdir. İşi olmadığını, iş tapa bilmədiklərini deyənlərlə yanaşı, universitet məzunları arasında işsiz qalanlar da var.


İşə müraciət edərkən nəzərə alınmalı olan məqamlar aşağıdakılardır:


- Müraciət etdiyiniz işin işəgötürən meyarlarına uyğun olduğundan əmin olun.

- Şirkəti araşdırmalısınız.

- Müxtəlif şirkətlərdə və fondlarda könüllü olmaq.


- Müsahibə üçün özünüzü hazırlamalısınız.

- İş müsahibəsinə uyğun paltar seçməlisiniz.

- Dinləməyə və suallar verməyə hazır olmalısınız.

- Gördüyünüz hər iş elanına müraciət etməyin.

- İxtisaslaşmaq istədiyiniz sahəni müəyyənləşdirin.

- CV-nizi yenidən təşkil edin.

- Maaş gözləntilərinizi yenidən nəzərdən keçirin.

- Müxtəlif sahələrdə yeni şeylər öyrənin.


Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov açıqlama verib: 



"Gənclər arasında işsizlik probleminin ən başlıca və əsas səbəblərindən bir işçi qüvvəsi ilə iş yerləri arasında olan tərs mütənasiblikdir. Təkcə bir sahəni - təhsil sahəsini götürsək, müəllimlərin sayı müəllimə olan təlabatdan iki – üç dəfədən artıq çoxdur. Sovet dönəmi ərzində deyək ki, müəllimlərin və eləcə də digər peşə sahiblərinin işə qəbulu təyinatla həyata keçirilirdi. Yəni, tələb-təklif adlanan bir prinsip var idi. Tələbata uyğun müvafiq kadrlar hazırlanır və yerlərə göndərilirdi.


İndi, dəyər və tələblər dəyişib, digər məsələlərdə olduğu kimi, işlə təmin olunmaq da bazar iqtisadiyyatının prinsiplərinə tabe etdirilib. İşlə təmin olunmaq üçün nəinki bakalavriatı, heç təhsilin ikinci pilləsi olan magistratura pilləsini də bitirmək kifayət etmir. İşə götürənləri nəzəri biliklər deyil, praktiki bacarıqlar və digər hamıya məlum cəhətlər daha çox maraqlandırır. Ali məktəbi yenicə bitirənin bu bacarıqları nə vaxt və harda qazana biləcəkləri isə heç kəsi maraqlandırmır. Bunun üçün gərək əlavə kurslara baş vurmalı, müvafiq təlimlərə cəlb olunmalı, yenidən imtahan verməli, test azmış kimi, hələ bir müsabiqədən də keçməlisən. Universitetlərimiz isə öz yetirmələrinə praktiki bacarıqlar deyil, əsasən nəzəri biliklər verməklə öz işlərini bitmiş hesab edir və bir növ onların gələcək taleyində maraqlı olmadıqlarını nümayiş etdirirlər.


İş yerlərinin kasadlığı isə, əsasən, əvvəlki dövrlərlə müqayisədə zavod və fabriklərin, digər kütləvi iş yerlərinin məhdudluğu ilə əlaqədardır. Özəl şirkətlərin öz maraqları var. İşçidən imtina etmək üçün xarici dil bilməsi, lazımı iş təcrübəsinə malik olmaması və s. müxtəlif baryerlər yaradıb, əsaslı və əsazız səbəblər gətirə bilərlər. Bazar iqtisadiyyatıdır, rəqabətə davam gətirməlisən. Heç kəsə, heç nə deyə bilməzsən. Xaricdən dəvət olunan və xaricdə təhsil alanlara xüsusi yer ayrılması da yerli mütəxəssislərin işlə təminatına öz nəzərəçarpacaq təsirini göstərməmiş deyil.


Vəziyyəti sabitləşdirmək üçün tələb-təklif prinsipi gözlənilməli, təyinat sistemi bərpa olunmalıdır. Universitetlərə qəbul onların plan yerlərinin doldurulmasına deyil, həmin sahəyə olan kadr ehtiyacına görə planlaşdırılmalıdır. Tələbələrin nəzəri biliklər əldə etməsi ilə yanaşı, onların təcrübə qazanması məqsədilə universitetlərin müvafiq istehsalat müəssisələri ilə əlaqələri genişləndirilməli, tələbələr həmin müəssisələrdə istehsalat təcrübələri qazanmalı, məzunların gələcək iş yerləri həmin müəssisələrlə qabaqcadan proqnozlaşdırılmalıdır".

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Metodbirləşmələr

Metodbirləşmələr

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Məktəbi bitirib iş həyatına başlayan gənclərə 7 TÖVSİYYƏ

Məktəbi bitirib iş həyatına başlayan gənclərə 7 TÖVSİYYƏ

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI