Gənclər cəmiyyətin aparıcı təbəqəsi,gənclik böyük və tükənməz bir qüvvədir.
Gəncliyin savadlı,dünyagörüşlü,yüksək əxlaqlı,tərbiyəli,vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir.
Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı,möhtərəm Prezident cənab İlham Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərmiş ,gənclərin davamlı inkişafına prioritet əhəmiyyət vermişlər.
Bu gün Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvəsidir.
Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir,siyasi,iqtisadi,humanitar,sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Azərbaycan gənci mütərəqqi ideyaları,parlaq zəkası,vətənpərvərliyi və fədəkarlığı ilə daim fərqlənməyi bacarır.
Müzəffər Ali baş komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində iştirak edən gənclərimiz dövlətə,Vətənə bağlılığın nə qədər əhəmiyyətli olduğunu sübut etdilər.Ərazi bütövlüyümüzün təmin edilməsi naminə vətən üçün özünü fəda edən Azərbaycan gəncliyi hər kəsə nümunə oldu.
Gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir.Bu məktəbi öyrənmək , şəhidlərimizin xatirəsinə hörmət ,qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər bir vətəndaşın borcudur.
Ömrünün ən gözəl çağında şəhid olan gənclərimizə Allahdan rəhmət ,qazilərimizə şəfa diləyirəm.
Gününüz mübarək əziz gənclər!
Siz ölkəmizin gələcəyisiniz!
Seyfullayeva Sevinc Xırdalan ş.17 saylı körpələr evi uşaq bağçasının tərbiyəçi müəllimi