Xəbərlər / Ekspert
25 yanvar 2023
207

62 yaşlı bir müəllimi azyaşlı şagirdə əl qaldırmağa vadar edən nədir?


“Yeni il başlayar-başlamaz yenə də müəllim-şagird münasibətləri gündəm oldu. Yenə də eyni qaydada kimlərsə müəllimi, kimlərsə şagirdi, kimlərsə də valideyni “günah keçisi” qismində önə çəkir. Bəs, nə baş verir? 38 illik təcrübəyə malik 62 yaşlı bir müəllimi azyaşlı şagirdə əl qaldırmağa vadar edən nədir? Kim zəmanət verə bilər ki, bu kimi hallar bundan sonra da baş verməyəcək? Əgər şagird sadə ədəb qaydalarını pozaraq, müəllimin əsəbləri ilə oynayır və onun normal dərs keçməsinə mane olursa, bəs bu halda müəllim nə etməlidir? Axı, bu kimi vəziyyətlərdə müşahidəçi mövqe tutan müəllimlərdən də cəzalandırılanlar az olmayıb?  Ümumiyyətlə, kimlərisə cəzalandırmaq yeganə çıxış yoludurmu? Suallar çoxdur, konkret cavab isə hələ ki, yoxdur”.


Bu sözləri məktəb müəlliminin dərs zamanı bir neçə şagirdi döyməsi ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, Nadir İsrafilov bildirdi.


Onun sözlərinə görə, bu kimi xoşagəlməz hallara qarşı standart cavab və çıxarılan nəticə isə hələ ki budur – müəllimin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozması və sair. Götürdüyümüz ölçü isə axırıncı xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, əmək müqaviləsini ləğv etmək, ən yaxşı halda isə uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu vurğulamaq, bu kimi əməlləri qətiyyətlə pisləməkdir.


“Razılaşaq ki, “Uşaq hüquqları Konvensiyası”, “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu” və bir çox normativ-hüquqi aktlar cəzalandırma vasitəsi kimi uşağa fiziki zorakılıq tətbiq etməyi qadağan edir. Yəni, bu sənədlərə əsasən uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Bu mənada uşaqlarla qəddar rəftara yol verilməsi, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi mövcud qanunvericiliyə görə inzibati, hətta cinayət məsuliyyətinə səbəb olur. Bu, Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsində müəllimlərin və şagirdlərin hüquq və vəzifələrində konkret şəkildə öz əksini tapıb.


Hələ, “Təhsil haqqında” Qanunun 11-ci maddəsini, “Müəllimlərin etik davranış Qaydaları”nda vurğulanan “Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir”; “Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır”; “Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir” və hətta “Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir” kimi müddəaların daxil edilməsi, təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməkdə müəllimin uşağın tərbiyəsinə qarşı bütün əks təsiredici imkanlarını məhdudlaşdırır”, – deyə professor qeyd etdi.


Ekspert vurğuladı ki, mövcud reallıqla da razılaşmağa məcburuq ki, müasir dövrdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını itirib:


“Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta, məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Bununla belə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Təhsil qanunvericiliyi ilə real həyatda yaranan fərqlilik, bunun əsas səbəblərindəndir. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşmür.


O da başa düşüləndir ki, hər bir valideyn üçün övladının sağlamlığı onun təhsilindən daha önəmlidir. Onun övladına uzadılan əl və vurulan şillə, ona edilmiş davranışdır. Lakin müəllim də insandır, onun da əsəbləri, dözüm limiti var. Uşağı döymək, söymək, sinifdə saxlamaq, məktəbdən qovmaq olmaz, loru dildə desək, “gözün üstündə qaşın var” da demək olmaz. Bəs, əgər, uşaq məktəbdə reketlik edirsə, ipə-sapa yatmırsa və valideyn də övladının öhdəsindən gələ bilmədiyini etiraf edirsə, bəs onda nə etməli?


Əgər, Konvensiyanın 19-cu maddəsinə əsasən “Dövlət uşağı fiziki, yaxud psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın hər cür formasından qorumaq məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görməlidir”sə nəyə görə elə həmin sənədin 18-ci – “Valideynlər uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti birlikdə daşıyırlar” maddəsinə biganə qalmalıyıq?”


Nadir İsrafilovun fikrincə, hələ ki, nəzərdə tutulan tədbirlər lazımı effekt verməsə də, görünür radikal addımlar atılması qaçılmaz olacaq.


“Bəlkə də, attestata ayrı-ayrı fənlər üzrə yekun qiymətləri yazarkən, davranışa aid bir bölmə də ayırıb, bunu, “əla”, “yaxşı”, “kafi” və hətta “qeyri kafi” kimi qiymətləndirmək, ali və orta-ixtisas məktəblərinə qəbul zamanı nəzərə almaq yolu ilə təhsil verənin hörmətini, təhsil alanın məsuliyyətini qaldıraq? Yeniyetmə və gəncləri virtual asılılıqdan qurtarmaq üçün təhsil qanunvericiliyimizin bir sıra müddəalarının işlək mexanizmləri təkmilləşdirilməlidir.


Hesab edirəm ki, nə qədər ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcək, tərbiyə işində məsuliyyət birtərəfli olacaqsa və problemə kompleks yanaşılmayacaqsa, səriştəli vətəndaş yetişdirmək kimi əsas məqsədimizi həyata keçirməkdə problemlərlə üzləşəcəyik. Düzdür, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə müəllimlərin, şagirdlərin və valideynlərin hüquq və vəzifələrinə dair müəyyən müddəalar daxil edilib. Lakin bunlar yaranan vəziyyəti stabilləşdirmək üçün kifayət edirmi?  Bir çox dünya ölkələrində valideynin məsuliyyəti qanunvericiliklə təsbit olunursa, biz niyə belə bir təcrübədən yararlanmayaq?”


Nərmin VÜQARQIZI

resim


Загрузка...
loading...

Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Metodbirləşmələr

Metodbirləşmələr

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Təhsil ictimaiyyətindən ETİRAZ

Təhsil ictimaiyyətindən ETİRAZ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB