Xəbərlər / Ekspert
19 yanvar 2023
176

Uşağı necə tərifləyək?


Uşağınızı müəyyən davranışına görə tərifləyin. Çalışın hansı müsbət cəhətinə görə təriflədiyinizi anlasın. Məsələn, əgər övladınız rəsm çəkibsə, “Sənin günəşin çox gözəl alınıb!” “O pişik isə lap canlı görünür!” kimi konkret nüansları vurğulayaraq tərifləyin. “Sən yaxşı oğlansan (qızsan)!”, “Əsl rəssamsan!” kimi ifadələrdən çəkinin. Unutmayın ki, şəxsiyyəti deyil, davranışı tərifləmək lazımdır. 


Təriflə yanaşı övladınıza təbəssüm edin, onu qucaqlayın. Uşaq sizin səmimi sevindiyinizi hiss etməlidir. Bu, “tərifliyim, canım qurtarsın” durumuna çevrilməməlidir. Bununla yanaşı, övladlarınızı gün ərzində bir neçə dəfə qucaqlamaq və alnını, yanaqlarını öpmək tövsiyə edilir.


Övladınızın müsbət və ya mənfi davranışlarına işarə edərək başqa uşaqların davranışların ilə müqayisə etməyin. Onda digərlərindən üstünlük hissini aşılamayın. Hər xırdalığa görə tərifləməyə ehtiyac yoxdur, əks təqdirdə tərif mənası itirəcək və uşaq bütün hərəkətlərinə görə hər zaman sizdən rəğbətləndirmə gözləyəcək. 


Tərifləyərkən uşağın nəyi asanlıqla, nəyi isə çətinliklə yerinə yetirdiyini qeyd edin. İrsi bacarıqlarına diqqətini cəmləşdirməyin (atanda vaxtilə əlaçı olub və ya anan  uşaqlıqda gözəl şeirlər ifa edirdi və bu bacarıq sənə onlardan qalıb s.). Daha çox uşağın öz səylərinə əsasən uğur qazandığı təəssüratını yaradın. 


“Böyüyəndə istedadlı rəssam olacaqsan.” kimi inam aşılamayın. Uşaq sizin gözləntinizi reallaşdıra bilməsə, məyus olacaq. Bununla yanaşı, “Boş yerə əziyyət çəkmə, onsuz da səndə alınmayacaq.” kimi fikirlər də qətiyyən səsləndirməyin. Bu cür fikirlər, uşaqların özünəinamını zəiflədir. Öncə təriflədiyiniz uğuru sonra dəyərsizləşdirməyin. Məsələ, “O rəsm dərsindən aldığın 5 heç də vacib deyildi.” kimi fikirlər səsləndirməyin.eudi.az


 

resim


Загрузка...
loading...

Həmçinin oxuyun:
Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Nə üçün qabaqcadan planlaşdırma davranışı idarə etməyə kömək edir?

Nə üçün qabaqcadan planlaşdırma davranışı idarə etməyə kömək edir?

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

Təbəssüm etmək insana həm cismi və həm də ruhi sağlamlıq bəxş edər

Təbəssüm etmək insana həm cismi və həm də ruhi sağlamlıq bəxş edər

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Yeniyetmələrlə davranış qaydaları

Yeniyetmələrlə davranış qaydaları

Valideyn və övlad arasında pozitiv münasibətləri necə qurmaq olar?

Valideyn və övlad arasında pozitiv münasibətləri necə qurmaq olar?

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Tərbiyənin metodları

Tərbiyənin metodları

Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın 3 üsulu

Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın 3 üsulu

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Uşaqları necə tərbiyə etməliyik?

Uşaqları necə tərbiyə etməliyik?

Körpə uşaq tərbiyəsində bəzi tövsiyələr

Körpə uşaq tərbiyəsində bəzi tövsiyələr

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Müəllimlər sinfi necə idarə etməlidir? - 10 vacib üsul

Müəllimlər sinfi necə idarə etməlidir? - 10 vacib üsul