Leyla Nəcəfquliyeva ilə bağlı məsələ nəzarətə götürülüb - VİDEO
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin müəllimi Leyla Nəcəfquliyeva ilə bağlı məsələyə münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Tehsil.biz"ə bildirib ki, məsələ komitənin diqqətindədir.
"Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir. Aidiyyəti qurumlarla birgə bu işlə məşğuluq", - deyə T.Mərdanoğlu qeyd edib.
Qeyd edək ki, məktəbdə sanitar qovşaq olmadığına görə etiraz edərək video çəkib paylaşmaqla gündəmə çevrilən İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin müəllimi Leyla Nəcəfquliyeva mövzu çərçivəsində aparılan müzakirələrin sona çatmasını istəyib. O, bu barədə sosial şəbəkədə yaydığı müraciətdə deyib. Müraciətdən sonra isə sosial şəbəkə izləyiciləri L.Nəcəfquliyevanın təzyiqlərə məruz qalması və şantaj edilməsi ehtimalı olduğunu bildiriblər.
https://www.youtube.com/watch?v=GN0peUOHfzw&feature=emb_logo