Xəbərlər / Ziyalılar
07 yanvar 2023
651

Deputat Ceyhun Məmmədovun tövsiyələri


Dəyərli gənclər, yeni ildə yeni tövsiyələrimi sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq:


1. Zamanınızın dəyərini bilin, hədər getməsinə imkan verməyin. 

2. Sağlamlığınızı qoruyun. Çox çalışmaq üçün siz sağlam olmalısınız.   

3. Hər gün mütaliə edin, yeni biliklər əldə etməyə çalışın. 

4. Uzərinizdə zəhməti olan insanların əməyini itirməyin. 

5. Düşüncələrinizi kin-küdurətlə deyil, sevgi ilə bəsləyin.

6. Haqq-hesab günü gəlməmişdən özünüzü hesaba çəkin, əməllərinizə çəki-düzən verin. 

7. Çətinliklərdən qorxmayın, heç zaman ruhdan düşməyin.  

8. Cəmiyyətləri uçuruma aparan laqeyd və biganəlikdən uzaq olun. 

9. Gələcəyinizi məhv edən zərərli vərdişlərdən uzaq olun.

10. Hər zaman təşəbbüskar və yenilikçi olun. 







Загрузка...