AzTehsil.com


Xəbərlər
18 may 2017
6 361


Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız



 Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

 Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı tətbiq olunacaq yeniliklərin detallarını açıqlayıb.


AzTehsil.Com xəbər verir ki, nazirliyin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, əgər müəllim test imtahanından sonra müvafiq keçid balı toplayıb işlə təmin olunmursa, imtahandakı toplanan bal bir il qüvvədə saxlanılacaq və müsabiqə zamanı nəzərə alınacaq.


O qeyd edib ki, həmin namizədlər test imtahanından azad olunaraq vakansiya seçmək mərhələsinə buraxılacaqlar: "Yeniliklərdən biri də bəzi müəssisələrə müsabiqədənkənar müəllim işə qəbul etmək hüququnun verilməsidir. Bu müəssisələrin siyahısı artıq təsdiqlənib. Sayı 10-dək olan müəssisələrin hamısı Təhsil Nazirliyinin tabeliyindədir. Həmin müəssisələr müəllimi müsabiqədənkənar qəbul etmək imkanına malik olsalar da, namizədin təyinatını Təhsil Nazirliyi ilə razılaşdırımalıdırlar".


Seçilmiş müəssisələrin respublikada ən yüksək akademik göstəricilərə malik olduğuna diqqət çəkən nazirlik rəsmisi əlavə edib ki, bu müəssisələrə işə qəbul olunmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştiraka ehtiyac yoxdur: "Sadəcə olaraq, həmin namizadlərin siyahısı nazirliyə təqdim olunacaq və onlar müvafiq komissiya tərəfindən araşdırılacaq. Gələcəkdə Təhsil Nazirliyi tabeliyində olmayan, ancaq yüksək akademik göstəricilərə malik olan digər müəssisələrə də belə bir səlahiyyətin verilməsi məsələsinə baxa bilər. Məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmək və s. aiddir. Bu müəssisələrə işə qəbul olunmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, ən yüksək bal toplayanlar olmalıdırlar. Namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur".


"Bundan başqa, əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlərin də işə qəbulu birbaşa müsabiqə yolu ilə həyata keçirildi. Müsabiqədə iştirak edərək müvafiq balı toplayanların təyinatı nazirlik tərəfindən verilirdi. Bu il isə bir qədər fərqli olacaq. Peşə müəssisələrinə işə qəbul 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq. Həmin müəllimlər isə test imtahanında müvafiq balı toplayan namizədlər arasından seçiləcək", -  E.Bağırov qeyd edib.


Şöbənin müdir əvəzi vurğulayıb ki, ötən il rekord sayda, yəni 27 min müəllim işə qəbul üzrə imtahanlarda iştirak edib: "Onlardan keçid balını (36 baldan yuxarı) toplayanların nəticəsi qüvvədə saxlanılır və bu il imtahan vermədən vakant seçimdə birbaşa iştirak edə biləcək. Ötən il 48 baldan yuxarı nəticə göstərənlərin sayı 5 mindən yuxarıdır. Amma keçid balını, yəni 36 balı toplayanların sayı ilə bağlı dəqiq məlumat yoxdur".//report.az




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlər üçün vakansiya iyulun əvvəlində elan ediləcək

Müəllimlər üçün vakansiya iyulun əvvəlində elan ediləcək

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbul olunması üçün keçid balı açıqlandı

Müəllimlərin işə qəbul olunması üçün keçid balı açıqlandı

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq

Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək