Şəkidə dərs vaxtı sinfin tavanı qoparaq şagirdlərin üzərinə düşüb – VİDEO
Şəkidə dərs vaxtı sinfin tavanının bir hissəsi qoparaq şagirdlərin üzərinə düşüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Şəkinin Çayqaraqoyunlu kənd məktəbində baş verib.
9-cu sinif şagirdləri dərs zamanı qorxu dolu anlar yaşayıblar. Tavanın üstündə olan torpaq zibil qatıyla birlikdə uşaqların üstünə düşdüyündən bəzi şagirdlər stress keçiriblər. Məktəbə dərhal təcili tibbi xidmət əməkdaşları çağırılıb, 4 şagirdə ilkin tibbi yardım göstərilib.
Valideynlər deyirlər ki, baş vermiş hadisə ilə bağlı heç kim xəsarət almasa da, məktəbdə qəzalı vəziyyətin davam etməsi övladlarının aqibəti baxımından onları ciddi narahat edir.
Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları məktəbin 2-ci korpusuna və 3-cü korpusunda bir neçə sinif otağı ilə müəllimlər otağına girişi qadağan edib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsi də baş verən hadisədən xəbərdardır. İdarənin əməkdaşı Mahal Məmmədov bildirib ki, şagirdlər təhlükəsizlik üçün məktəbin qəza təhlükəsi olmayan digər sinif otaqlarına yönləndirilib və mövcud çətinliyin aradan qaldırılması üçün işlərə başlanıb. Məktəbin yay aylarında əsaslı təmiri nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
https://www.youtube.com/watch?v=v7PVWo-kJng&feature=emb_logo