AzTehsil.com

Xəbərlər / Müəllim
26 noyabr 2022
1 069

Riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib

Noyabrın 26-da 20 nömrəli məktəb-liseydə riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib.

Forumun əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Forumda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün ümumi təhsil məktəblərindən 300-ə yaxın riyaziyyat müəllimi iştirak edib. Açılış nitqi ilə çıxış edən 20 nömrəli məktəb-lisey kompleksinin direktoru Esmira Quliyeva riyaziyyat fənninin əhəmiyyətindən danışıb, foruma maraq göstərdiklərinə görə iştirakçılara təşəkkür edib.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva riyaziyyatın fəlsəfənin özəyi olduğunu söyləyib. Rəqəmsal dövrdə yaşadığımızı vurğulayan M.Vəliyeva riyaziyyatın tədrisində yeni yanaşmaların vacibliyindən söz açıb. Qeyd edib ki, inkişaf etmək üçün müasir dövrlə ayaqlaşmaq, beynəlxalq təcrübələrdən faydalanmaq lazımdır.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu riyaziyyat müəllimlərinin şagirdlərin gələcək həyatlarında vacib rola malik olduğunu deyib. Riyaziyyat müəllimlərinə dərin müşahidəçi olmağı tövsiyə edən nazirlik rəsmisi müəllimlərə tədris zamanı qrup işindən yararlanmağın əhəmiyyətindən danışıb. Nazirliyin son illərdə xeyli sayda riyaziyyat üzrə elektron dərsləri Azərbaycan dilinə tərcümə etdiyini deyən V.Yaqublu bu dərslərin nazirliyin rəsmi saytında yer aldığını bildirib, müəllimlərə bu materiallardan yararlanmağı tövsiyə edib.

Forum panel müzakirələrlə davam edib.

Загрузка...
Həmçinin oxuyun:
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

İlham Əliyev 2 nömrəli texniki-humanitar liseydə yaradılan şəraitlə tanış olub - FOTOLAR

Paytaxt məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimi keçirilib

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI