Xəbərlər
23 noyabr 2022
550


Dilçilik İnstitutu: “İşimiz sözlərin düzgün yazılış və deyiliş qaydalarını müəyyənləşdirməkdir”


“Dilçilik İnstitutunun əsas fəaliyyət istiqamətləri dilimizi qorumaq, sözlərin düzgün deyiliş və yazılış qaydalarını müəyyənləşdirmək, eləcə də bununla bağlı elmi müzakirələr aparmaqdan ibarətdir”.


Bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətindən bildirilib.


Açıqlamada xatırladılıb ki, noyabrın 22-də Dilçilik İnstitutunda “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndlərinə həsr olunmuş müzakirələr zamanı “ov, öv” hərf birləşmələri olan sözlərdən nümunələr çəkilib. Bu zaman nümunələr arasında “dovşan” sözünün də tələffüzü ilə bağlı variantlar müzakirə edilib:


“Amma təəssüf olsun ki, sonradan İnstitutun keçirdiyi müzakirələrin mövzusu dəyişdirilərək ictimaiyyəti çaşdırmağa yönəlmiş materiallar dərc olunub. Dilçilik İnstitutu haqqında qərəzli ifadələrin işlənməsi təəssüf doğurur. Çünki Dilçilik İnstitutunun əsas fəaliyyət istiqamətləri dilimizi qorumaq, sözlərin düzgün deyiliş və yazılış qaydalarını müəyyənləşdirmək, eləcə də bununla bağlı elmi müzakirələr aparmaqdan ibarətdir. Orfoepiyada həm də orfoqrafik normalar gözlənilməlidir. Çünki danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır. Cəmiyyət tərəqqi etdikcə dilin lüğət tərkibi də zənginləşir. Leksik normada baş verən yeniliklər fonetik normalara da təsirsiz ötüşmür”.


Məlumatda həmçinin bildirilib ki, hazırda Dilçilik İnstitutunda “Azərbaycan dilinin orfoepiya lüğəti” hazırlanır:


“Təcrübə göstərir ki, lüğətlərin hazırlanmasında, yenilənmə və təkmilləşməsində ictimai baxış da nəzərə alınmalıdır. Orfoepiya normalarının tənzimlənməsi Eksperimental fonetika laboratoriyasında cihazlar vasitəsilə aparılır: Burada müntəzəm olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır”.


Qeyd edək ki, noyabrın 22-də keçirilən yekun müzakirələrdə Azərbaycan tarixində ilk dəfə olaraq dövlət səviyyəsində 18 iyun 2021-ci ildə qəbul edilmiş “Azərbaycan dilinin orfoepiya normaları”ndakı mübahisəli bəndlər müzakirə edilib. Ölkənin ali və orta məktəb müəllimlərinin, Dövlət İmtahan Mərkəzi, Dil Komissiyası yanında Monitorinq Mərkəzi və media nümayəndələrinin iştirak etdiyi iclasda “Azərbaycan dilinin orfoepiya normaları”nın 2.7 və 2.5.3-cü bəndləri müzakirə edilib.


“Azərbaycan dilinin orfoepiya normaları”nın 2.7-ci bəndində tərkibində “ov, öv” hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq belə sözlər yazıldığı kimi tələffüz edilir: cövhər [cövhər], çovğun [çovğun], mövqe [mövqe]. Bu tipli sözlər dilimizdə çoxdur. Müzakirə nəticəsində 2.7–ci bəndindəki yeniliklər qəbul olunub.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

AMEA – da yeni İnstitut yaradılır

AMEA – da yeni İnstitut yaradılır

Yeni orfoepiya lüğəti niyə ləngiyir? -AÇIQLAMA

Yeni orfoepiya lüğəti niyə ləngiyir? -AÇIQLAMA

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

AMEA "əməkhaqqı" sözünün yeni lüğətdən çıxarılmamasına qərar verdi

AMEA "əməkhaqqı" sözünün yeni lüğətdən çıxarılmamasına qərar verdi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında  -EKSPERT

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında -EKSPERT

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edildi

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edildi

İbtidai sinif müəllimləri mütləq oxuyun

İbtidai sinif müəllimləri mütləq oxuyun

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Dilçilərə hücum edən dillilərə məsləhət

Dilçilərə hücum edən dillilərə məsləhət

Prezident İnstitutun açılışında

Prezident İnstitutun açılışında

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)