Xəbərlər
15 noyabr 2022
567


Nadir İsrafilov: Biz məktəbə məktəb keçmək üçün gedirdik, instituta girmək üçün yox...


Biz məktəbə məktəb keçmək üçün gedirdik, instituta girmək üçün yox...

Biz məktəbə məktəb keçmək üçün gedirdik, instituta girmək üçün yox... Valideynlərimiz də bizi məkəbə yollayarkən, qarşımıza hər hansı bir məqsədli tələb qoymazdı. Məktəbə hazırlığımız o zamanlar əksəriyyət üçün əlçatan olan uşaq bağçalarında aldığımız ətraf mühit barədə olan ilkin anlayışlar və dərs ilinin başlanmasına bir neçə ay qalmış valideynlərimiz tərəfindən alınan dərsliklər olardı. Uşaqlıq illərimizin ən mənalı illərini keçirdiyimiz bağça dövrünün başa çatması ərəfəsində böyük səbirsizliklə məktəbə qədəm qoyacağımız ilk günü gözləyərdik. Həsrətimizi sovuşdurmaq üçün gündə ən az iki, üç dəfə həmin dərslikləri açıb vərəqləyər, orda olan əlvan şəkillərin altındakı yazıları hecalayardıq. Bəzən, anamızın dəfələrlə “gəl çörəyini ye, sonra baxarsan” qışqırtısını belə eşitməz olardıq.


Ali məktəb ideyası yalnız orta məktəb təhsilinin son siniflərində başımıza girərdi. Bunun üçün isə ən çox sevdiyimiz fənn və bu fənn üzrə ən dərindən mənimsədiyimiz bilikləri təkrarlamaq bizə kifayət edərdi. Sevdiyimiz fənni sevməyimizi, bizə bizim ən çox sevdiyimiz müəllim sevdirərdi. Bizim “repetitorumuz” isə sevdiyimiz fənn üzrə təşkil olunan, fakultativ adlandırılan əlavə dərs məşğələləri olardı. Həmin məşğələlərə dərsdən də artıq önəm verərdik. Bir çox məzunların ali məktəbə daxil olmasında bu məşğələlər əslində hazırki hazırlıq kurslarının bir növ əvəzedicisi rolunu oynayırdı. 


Bizim buraxılış imtahanlarımızın bələdçisi isə mart ayından satışa buraxılan 3 qəpiklik imtahan biletləri və 30 qəpiyə satılan ali məktəbə qəbul məcmuəsi idi. Həmin biletlər üzrə hazırlaşarkən artıq qabaqcadan bilirdik ki, nəyi bilirik nəyi bilmirik. Hətta biletlərə əsasən hazırlıq səviyyəmizdən asılı olaraq hansı fəndən neçə qiymət ala biləcəyimizi də proqnozlaşdırırdıq. Proqnozlarımız təsadüfi hallarda özünü doğrultmaya bilərdi. Çinki, orta məktəbdə bizə nə öyrədilirdisə, ali məktəbə qəbulda da o tələb olunurdu. Öyrəndiklərimizi yaddaşımızda saxlamaq üçün biletlər üzrə konkret fakt və rəqəmləri teziz şəklind çib dəftərində konspektləşdirirdik. Gəzinti və digər asudə vaxtlarımızda bloknot adlandırılan kiçik çib dəftərini çıxarıb, hafizəmizi təzələyirdik.


Dərslik etalon sayılırdı. Çox vaxt mübahisəli məsələlərdən söhbət düşəndə dərhal dərsliklərə istinad edərdik. Dərsliklərə düşməyən yeniliklərlə bağlı materialları qazet və jurnallardan oxuyar, radio və televiziya verilişlərindən öyrənərdik. Bir də ki, “dərsin müasir həyatla əlaqələndirilməsi” deyilən metoda müəllimlər son dərəcə ciddi yanaşırdılar. Ayrı-ayrı fənlər üzrə dərslərdə tədris proqramı ilə nəzərdə tutulan hələki dərsliklərə yol tapmayan istənilən faktlar,  hadisə və təzahürlər ilk növbədə müasir həyatla əlaqələndirilirdi və əsaslandırılırdı.


O vaxtlar ali məktəbə qəbul olunmamaq indiki kimi problem sayılmazdı. Hər kəs öz bilik səviyyəsinə uyğun seçim edərdi. Lazımi biliyə güvəni olmayanlar, texniki-peşə məktəblərinə və texnikum adlanan orta-ixtisas təhsili müəssisələrinə üz tutub, təhsillərini davam etdirərdilər. Ali məktəbə qəbul olmaq arzusuna qovuşmayanlara isə valideyn təsəllisi ondan ibarət olardı ki,  “dünya dağılmadı ki, bu il qəbul olunmamısan, gələn il qəbul olarsan, sənin tayların arasında hələ heç məktəbi bitürməyənlər var.” O vaxtlar təkrar sinifdə qalan “iki illiklər” və “üçilliklər” də az deyildi. Təsəllidən ümidlənən uğursuz nəticə göstərənlər ikinci, üçüncü cəhddən sonra ali məktəblərə qəbul olunurdular. İstehsalata gedənlər üçün isə istehsalatdan ayrılmadan ali təhsil almaq imkanlarını reallaşdırmaq üçün geniş axşam və qiyabi təhsil şəbəkəsi mövcud idi.


Biz stress, bullinq, aqressiya, depressiya, özünəqapanma və digər bu kimi emosional hisslərinin nə olduğunu bilməzdik. Ən böyük qayğımız böyük tənəffüsdə məktəb bufetindən bulka və ya limonad almaq üçün valideynlərimizin bizə verdiyi 20-30 qəpiyə necə qənaət edib, onu kitab almağa sərf etmək və valideyn iclaslarında bizim barədə nə deyiləcəyinə dözümlülük göstərmək idi. Məktəb vaxtı dərnək məşğələlərində, yay tətili vaxtı isə pioner düşərgəsi adlanan istirahət mərkəzlərində bütün qayğılardan azad olardıq. Kimi özfəaliyytdə, kimi dramda, kimi bədii qiraətdə özünü sınayardı. Məktəb bizə təkcə bilik baçarıq və vərdişlər aşılamadı, həm də asudə vaxtımızın səmərəli təşkilinin təminatçısına, sağlamlığımızın qarantına çevrildi.


Çünki, təhsilin hər pilləsinin öz çərçivəsi var idi. Ardıcılıq və varislik prinsipi gözlənilirdi. Heç bir pillə digərini əvəzləmir və onu qabaqlamırdı. “Əxlaq kodeksi” və “Davranış qaydaları” məktəbin əsas atributları sayılır və məktəbin foyesinin hər iki sütununa bərkidilirdi. Əxlaqdan yarımillik qiymət verilməsi hər kəsin məsuliyyətini birə - beş artırırdı. Biz belə böyüdük, ərsəyə yetdik, müəyyən peşə və nüfuz sahibi olduq. Düz etdik, səhv etdik, hər halda nəsə etdik. Bir mahnıda xatırlandığı kimi, “Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sevimli günləri.”

Bu illər ərzində itirdiklərimiz və qazandıqlarımız nədir? Sualın cavabının məğzi də elə məhz budur!


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

"Hələ də təhsil almağı müəyyən sənədə yiyələnməkdə görürük…" -EKSPERT

"Hələ də təhsil almağı müəyyən sənədə yiyələnməkdə görürük…" -EKSPERT

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Metodbirləşmələr

Metodbirləşmələr

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"