Xəbərlər / Qəhramanlarımız
13 noyabr 2022
710


Kollecin qazi tələbəsi Tələbə Gənclər Təşkilatının sədri seçildi


Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda öz canından keçmiş şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq  yeni mənzillər, avtomobillər verilir. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. 


Belə qazilərdən biri də Xudadlı Samid Ramazan oğludur. Samid LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin “Vokal sənəti” ixtisasının I tədris ili tələbəsidir. 11 noyabr 2022–ci il tarixində Kollecin Pedaqoji Şurasının iclasında Kollec üzrə Tələbə Gənclər Təşkilatının (TGT) sədri seçilmişdir. Gəlin Samidin həyat yolu ilə yaxından tanış olaq.



Xudadlı Samid Ramazan oğlu 29 mart 1997–ci ildə Lənkəran rayonunun Biləsər kəndində anadan olmuşdur. Orta təhsilini 2003–2014–cü illərdə Xanbulan kənd tam orta məktəbində almışdır. 2017–ci ildən 2020–ci ilə qədər  N saylı hərbi hissədə kiçik çavuş rütbəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. Nümunəvi xidmət etdiyinə görə çalışdığı hərbi hissədə Komandiri tərəfindən dəfələrlə fəxri fərmanla təltif olunmuşdur. 


44 günlük Vətən müharibəsi başlanandan döyüşlərdə iştirak etmiş və 29 sentyabr 2020–ci il tarixində Füzuli uğrunda gedən ağır döyüşlər zamanı yanına düşən mərminin partlaması nəticəsində sağ ayağını itirmişdir. Müharibədən sonra Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və Baş nazir Əli Əsədovun sərəncamı ilə  “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. . Xudadlı Samid Ramazan oğlu LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin “Vokal sənəti” ixtisasının I kurs tələbəsidir. Samidgil ailədə 5 uşaqdırlar. Atası Xudadov Ramazan musiqiçidir. Anası Xudadova Məryəm evdar qadındır. Qardaşları Xudadov Amid və Xudadov Məlikdə atalarının yolunu davam etdirərək musiqiçi peşəsinə yiyələnmişlər. Bacılardan biri ailəli digər bacı isə məktəblidir. Samiddə ailəlidir. Həyat yoldaşı Xudadlı Aytac evdar qadındır. Samidə döyüş zamanı aldığı ağır xəsarətə görə III qrup əlillik təyin olunmuş və dövlətimiz tərəfindən ona avtomobil verilmişdir.




Ölkənin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müxtəlif bədən xəsarəti alan əlillərə də dövlət lazım olan hər bir qayğı və diqqəti göstərməkdədir. Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir. 

 

  Cəmil Quliyev

   LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin 

   İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Mərkəzi  Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

Mərkəzi Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir

Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir

Şəhid ailələrinə 11 min manat veriləcək - RƏSMİ

Şəhid ailələrinə 11 min manat veriləcək - RƏSMİ

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

LDU-ya qəbul olan abituriyentlərin qeydiyyatı davam edir..Rəhbərliyin imkansız tələbələrə yaratdığı şərait

LDU-ya qəbul olan abituriyentlərin qeydiyyatı davam edir..Rəhbərliyin imkansız tələbələrə yaratdığı şərait

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Nakam ömrün şəhidlik zirvəsi

Nakam ömrün şəhidlik zirvəsi

Min bir əziyyətlə bütün istəklərinə nail olan, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quliyev Hətəmxan

Min bir əziyyətlə bütün istəklərinə nail olan, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quliyev Hətəmxan

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə layiq olan ölkəyə çevirdi, ərazi bütövlüyü bərpa olundu.

Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə layiq olan ölkəyə çevirdi, ərazi bütövlüyü bərpa olundu.

Türkiyədə xüsusi təyinatlı kurs keçmiş Şəhidlik zirvəsinə ucalan Məhəmməd

Türkiyədə xüsusi təyinatlı kurs keçmiş Şəhidlik zirvəsinə ucalan Məhəmməd

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

150 balla hansı universitetə qəbul olmaq olar? - Siyahı

150 balla hansı universitetə qəbul olmaq olar? - Siyahı

Şəhidlik zirvəsinə ucalan “Şahin Zirvə”

Şəhidlik zirvəsinə ucalan “Şahin Zirvə”