AzTehsil.com


Xəbərlər / Saglam həyat
07 noyabr 2022
770


Cəmiyyətin siqaret bəlası - 9-10 yaşlı uşaqlar siqaret çəkir




Ölkədə siqaret aludəçiliyinə dair vəziyyət heç də ürəkaçan deyil. Belə ki, son vaxtlar sosial şəbəkələrdə də qarşılaşdığımız mənzərələr onu deməyə əsas verir ki, yetkinlik yaşına çatmayanlar arasında siqaretə meyillilik artıb.


Hətta 9 yaşlı uşaqlar belə siqaret çəkir.


Bəs bu nə ilə əlaqəlidir? Yetkinlik yaşına çatmayanlar bununla özlərini sübut etməyəmi çalışırlar? Natamamlıq kompleksi, yoxsa sadəcə bir anlıq həvəsin yaratdığı aludəçilik?


Bu gün 9-10 yaşlı uşaqları siqaretdən uzaqlaşdırmağın yollarını axtaran valideynlər, heç bir çıxış yolu tapa bilmir. Çünki uşaqlar əvvəl bunu gizli edirdilərsə, artıq açıq-aşkar edirlər. Özündən böyük şəxslərin qarşısında çəkinmədən siqaret çəkmələri vəziyyətin ilbəil daha da pisləşdiyinə işarədir.


Sosioloq Əhməd Qəşəmoğlu məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, müasir elmi izləyən adamlar bu gün “bunu et”, “bunu etmə” deyərək heç bir problemin qarşısını almağın mümkün olmadığını deyir:


“Cəmiyyət xeyli həssaslaşıb, çətinləşib. Onların xasiyyətləri kifayət qədər dəyişib. Ümumiyyətlə, bu gün hər hansı məhsul, hərəkət barəsində "ziyandır" sözünü aşındırıblar. İstənilən qida, dərman barədə biri "faydalıdır" yazıldığı halda, iki ay sonra bu təkzib edilir. Əvvəlki dövrdə olduğu kimi, "ziyan" və "faydalı" sözlərinin hökmü qalmayıb. Heç kim bunların səbəbini axtarmır. Hadisələrə kompleks yanaşılmadığı üçün belə olur.


Bu gün obyektin özü fəallaşmalıdır ki, heç kim onu kənardan subyektiv qaydada həll etməsin. Sosiologiya elmində bu problemlər üçün sosial texnologiyalar hazırlanıb. 200 ildir davam edən elm bununla bağlı gözəl tövsiyələr hazırlayıb. Bu gün desələr ki, siqaretlə mübarizə çərçivəsində hansı addımlar atılmalıdır, mən sosial texnologiyalarla, terminologiya ilə çox gözəl təkliflər irəli sürə bilərəm. Elmi əsaslarla bu tədbirlər görülməlidir ki, nəticə əldə edilsin”.


Ə.Qəşəmoğlu əlavə edib ki, bu tədbirlər içərisində valideynlərlə iş də nəzərdə tutulub:


“Siqaret çəkən valideyn uşağını qucağında oynadırsa, bu düzgün deyil. 8 aylıq, 1 yaşlı uşaqlar üçün siqaret qoxusu artıq ata qoxusu deməkdir. Valideynlər bunu anlamalıdır ki, uşaq ağlı kəsdikdən sonra atası üçün darıxdığında ilk siqaret qoxusunu axtaracaq. Odur ki, qanunvericilik bu gün insanların sözügedən mövzuda düşüncəsinə yönləndirilməlidir. Bununla biz siqaret çəkən şəxslərlə mübarizə üçün valideynlərə istiqamət vermiş oluruq.


Ümumiyyətlə baxsaq, bu gün bu sahədə aparılan tədbirlər kompleks şəkildə həyata keçirilmir. Bu səbəbdən də müxtəlif problemlər – intihar, qətl, ailə zəminində problemlər və s. ortaya çıxır. İstənilən sahədə mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir, elmi araşdırmalar aparılmalıdır. Həkim laborator nəticələr olmadan insan sağlamlığı ilə bağlı konkret söz deyə bilmədiyi kimi, sosioloqlar da bu sahədə ciddi araşdırmalar, tədqiqatlar olmadığı müddətcə yekun fikir söyləyə bilməz. Odur ki, bəlkə də siqaret çəkənlərin bir qrupu özünü sübut etmək üçün, kimsə ölkədə narkotik vasitələri təbliğ etmək üçün siqaret aludəçiliyinə geniş yer verir. Bununla mübarizə üçün sosioloqlar, psixoloqlar hazırlanmalıdır. Təəssüf ki, bu sahədə heç bir iş görən yoxdur. Odur ki, müasir dövrün tələblərinə uyğun addımlar atılmasa, bu mövzular ilbəil sadəcə danışılacaq və danışıqlarda da qalacaq”.




Загрузка...
Həmçinin oxuyun:
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə  “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Yetkinlik yaşına çatmamış şəxslərin məsuliyyətə cəlb olunma qaydası

Yetkinlik yaşına çatmamış şəxslərin məsuliyyətə cəlb olunma qaydası

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Tədris vasitələrinə reklam qadağası

Tədris vasitələrinə reklam qadağası

Sosioloq həyacan təbili çaldı: “Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

Sosioloq həyacan təbili çaldı: “Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

Uşaq yalanları və özündən uydurmalara meyillilik

Uşaq yalanları və özündən uydurmalara meyillilik

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Metodbirləşmələr

Metodbirləşmələr

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”