AzTehsil.com
RU


Xəbərlər / Ekspert
03 noyabr 2022
742


Bu dili bilsək də, bilməsək də onların alçaq xisləti, mənfur niyyəti onsuz da hamıya bəllidir.




Son zamanlar müzakirə edilən mövzulardan biri də Azərbaycanda erməni dilinin öyrənilməsidir. Əksəriyyətin fikrincə, Ermənistanda Azərbaycan dili öyrədildiyi kimi, ölkəmizdə də erməni dilini öyrədən mərkəzlər olmalı, bu dil məktəblərdə tədris olunmalıdır. 


 Azərbaycanda erməni dili ilə bağlı tədris proqramının yaradılmasına ehtiyac varmı? 


 Bununla bağlı Sfera.az-a danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, əbədi düşmənlərimizin dilini bilsək də, bilməsək də onların alçaq xisləti,  mənfur niyyəti onsuz da hamıya bəllidir:


 “Ölkəmizdə erməni dilini öz dilimizdən də yaxşı bilən kifayət qədər insan var. Öz doğma ana dilimizi, ta qədimdən bu yana şanlı tariximizi, zəngin mədəniyyətimizi dərindən bilsək, bunun özü elə erməniyə tutarlı cavabdır. Bununla belə bəzi mətbuat səhifələrində, sosial mediada erməni dilinin tədrisinin zəruriliyi barədə müəyyən fikirlər səsləndirilir,  Ermənistanla yaxınlaşmaq, Qarabağ ermənilərinin Azərbaycan sosiumu ilə inteqrasiyası üçün mütəxəssislər lazım olduğu bildirilir, universitetlərdə “Ermənistanşünaslıq” fakültəsinin yaradılması ilə bağlı və digər bu kimi təkliflər irəli sürülür. Belə təkliflərin içərisində “bizim onlara cavab vermə imkanımız olsun deyə, erməni tarixi ilə bağlı məlumatların dərsliklərdə yer alması” barədə təklif də var. 


 Təklifi irəli sürən hesab edir ki, biz erməni tarixini gizlətməli yox, onu öyrətməli, Cənubi Qafqazda olan proseslər haqqında məlumat verməliyik. O cümlədən hesab edilir ki, bu istiqamətdə dərsliklərdə informasiyalar yer almalı və onlar şagirdlərə ötürülməlidir. Sanki öz tariximizdəki informasiyaları elə ötürmüşdük ki, bir qalmışdı, erməni informasiyalarını ötürmək. Görəsən, onsuz da lazımsız informasiyalarla yüklü olan öz tarix dərsliklərimizə Ermənistan tarixinin saxta informasiyalarını yükləmək hansı zərurətdən irəli gəlir. O ki, qaldı kimlərinsə fikrincə, Ermənistanda Azərbaycan dili öyrədildiyi kimi, ölkəmizdə də erməni dilini öyrədən mərkəzlərin olmasına, bəli, ermənilərin buna ehtiyacı var. Musiqimizi, rəqslərimizi, mətbəximizi və hətta ata-baba torpaqlarımız özününkiləşdirib mənimsədikləri kimi, dilimizə də göz dikmək niyyətləri onların qanından, genindən irəli gələn xüsusiyyətləridir”.


Müsahibimiz qeyd edib ki, Azərbaycanda erməni dilini öyrədən mərkəzlər də var, bu dili tədris edən universitetlər də:


 “Bildiyim qədər 2005-ci ildən Bakı Dövlət Universitetində erməni dili tədris olunur. Artıq bir neçə ildir ki, Azərbaycan Dillər Universitetində də erməni dili tədris olunur. Hətta bu universitetdə Erməni Araşdırmaları Mərkəzi də fəaliyyət göstərir, “Erməni dilinin qrammatikası” dərsliyi belə nəşr olunub. 2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində də erməni dilinin tədrisinə başlanılıb. Hətta Ermənistan İqtisadiyyatının Araşdırılması Mərkəzi tərəfindən Universitet tədqiqatçıları üçün kurslar yaradılıb. Universitetdə Elmi-Tədqiqat Mərkəzi də fəaliyyət göstərir. Daha nə lazımdır...?  Bir neçə dil bilməyin heç bir ziyanı yoxdur, lakin yerində və qədərində. İşdir, erməni dilinin tədrisinin orta məktəblərə gətirilib kütləviləşdirmək kimi bir tendensiya yaransa, bu cəhdi erməni dəyirmanına su tökməkdən başqa bir şey adlandırmaq olmaz”.


 




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Azərbaycanın orta məktəblərində erməni dili tədris oluna bilərmi? - Deputatlardan açıqlama

Azərbaycanın orta məktəblərində erməni dili tədris oluna bilərmi? - Deputatlardan açıqlama

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

İran ingilis dilini qadağan etdi - Azərbaycan da ... -EKSPERT

İran ingilis dilini qadağan etdi - Azərbaycan da ... -EKSPERT

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR