Xəbərlər
30 sentyabr 2022
545


Paytaxt məktəblərinin payız-qış mövsümünə hazırlığı ilə bağlı görüş


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq tədbirlərinə dair görüş keçirilib.


Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Valeh Mirzalıyev, rəis müavini Fərhan Əliyev, BŞTİ-nin müdir müavini Orxan Kərimov, Nazirliyin sektor müdirləri Orxan Seyidzadə və Ənvər Dəmirov, “Azəriqaz”ın Baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, “Azəristiliktəchizat” ASC sədrinin müşaviri İlkin Zərbəliyev, Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov, BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov, Maliyyə və mühasibatlıq sektorunun müdiri Elmira Mehdiyeva, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov  iştirak ediblər.


BŞTİ müdiri Mehriban Vəliyeva bildirib ki, təhsildə keyfiyyətə nail olunmasında bütün amillər mühüm rol oynayır. Bu baxımdan payız-qış mövsümünə hazırlıq, məktəblərin istiliklə təminatına diqqətin artırılması təsadüfi deyil.


Təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığının səmərəli əməkdaşlıq tələb etdiyini deyən Elm və Təhsil Nazirliyinin  Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi V.Mirzalıyev bu görüşün qarşıda duran vəzifələrin daha yaxşı yerinə yetirilməsi işinə təkan verəcəyinə əminliyini ifadə edib.


“Azəriqaz” İB-nin Baş direktorunun satış üzrə müavini R.Cavadov görüşün əhəmiyyətinə toxunaraq təmsil etdiyi qurumun fəaliyyətindən asılı olan məsələlərin həllinə hər cür dəstək verməyə hazır olduqlarını söyləyib.


“Azəristiliktəchizat” ASC sədrinin  müşaviri İ.Zərbəliyev məktəblərin istiliklə təminatının həssas yanaşma tələb etdiyini, mövcud problemlərin həllində məsuliyyətin bölüşdürülməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.


BŞTİ-nin müdir müavini O.Kərimov məktəblərin payız-qış mövsümünə hazırlığı üçün nəzərdə tutulan kompleks işlərin daha tez reallaşdırılmasının zəruriliyi haqqında fikirlərini bildirib.


BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri S.Mahmudov ümumi təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq vəziyyəti, aidiyyəti qurumlarla birgə həyata keçirilməsi nəzərdə tutulan işlər haqqında məlumat verib.


Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini F.Əliyev, Nazirliyin sektor müdirləri O.Seyidzadə və Ə.Dəmirov, “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov, rəis müavini Z.Mehrəliyev və digər çıxış edənlər təhsil müəssisələrinin istilik və qazla təminatı baxımından öncəki illərdə toplanmış təcrübə və yeni yanaşmalar sayəsində müsbət irəliləyişə nail olmağın mümkünlüyünə əmin olduqlarını ifadə ediblər.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəb və bağçalarda istilik böhranı: uşaqlar 50 illik qərarın sazağında titrəyirlər

Məktəb və bağçalarda istilik böhranı: uşaqlar 50 illik qərarın sazağında titrəyirlər

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

100 yaşlı universitetin əfsanəvi məzunu

100 yaşlı universitetin əfsanəvi məzunu

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Üç rayon üzrə “Məktəb hesabatları” dinlənilib

Üç rayon üzrə “Məktəb hesabatları” dinlənilib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar