AzTehsil.com


Xəbərlər / Müəllim
26 sentyabr 2022
6 274


Əgər, məktəb təlim-tərbiyə ocağıdırsa, tərbiyəni təlimdən ayırmaq hansı məntiqdən irəli gəlir?




Əgər, məktəb təlim-tərbiyə ocağıdırsa, tərbiyəni təlimdən ayırmaq hansı məntiqdən irəli gəlir...?


Ötən dəfəki ”Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdırsa…” başlıqlı yazımızda məsələ ilə bağlı müracətlərə əsasən “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın  direktor müavinlərinin  əmək funksiyasında təkrarlama xarakterli eyniliklər var. Yəni, bir halda ki, tərbiyə işləri üzrə direktor müavini ştat vahidi varsa, tədris işləri üzrə direktor müavininin əmək funksiyasına mötərizədə təlim tərbiyə əlavəsini etməyə nə ehtiyac vardı? Və ya əgər, məktəbdənkənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı da  tərbiyə işləri üzrə direktor müavini ilə bərabər eyni işi görürsə əlavə ştat vahidinə nə ehtiyac var idi, və s.

 

Məsələ heç də bununla bitmir. Əgər, məktəb təlim-tərbiyə ocağıdırsa, tərbiyəni təlimdən ayırmaq hansı məntiqdən irəli gəlir? “TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ “ ştat vahidi olduğu halda, nəyə əsasən onun əmək funksiyasını “TƏDRİS (TƏLİM-TƏRBİYƏ) İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ”nə yükləyib, onun işini bir qədər də ağırlaşdırırıq. Əgər, TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ varsa, nəyə görə “məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə” MƏKTƏBDƏNKƏNAR VƏ SİNİFDƏNXARİC TƏRBİYƏ İŞİ ÜZRƏ TƏŞKİLATÇI


rəhbərlik etməlidir? MƏKTƏBDƏNKƏNAR VƏ SİNİFDƏNXARİC TƏRBİYƏ İŞİ ÜZRƏ TƏŞKİLATÇI olduğu halda məktəblilərin bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə” TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİnin  rəhbərlik etməsi də heç cür başa düşülən deyil. 


 Çox da xırdaçılıqlara getməkdən uzağam. Bununla belə baxaq görək tədris daha geniş məfhumdur, yoxsa təlim? Kütləvi ədəbiyyatda tədris termini adətən aşağıdakı mənalarda istifadə olunur: dərs vermə, dərs oxuma, təhsil alma, dərs keçmə. Məsələn, ali məktəbdə xarici dillərin tədrisi, tədris planı,.tədris fənni və s. Daha konkret desək, müəllimin təlim prosesindəki fəaliyyətidir.


 Təlim isə daha geniş anlayış olub, tədris prosesi ilə vəhdətdə daha genuiş aspektləri əhatə edir. Təlim- şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsində, yaradıcılıq qabiliyyətlərinin və əxlaqi etik baxışların inkişafında, fəal tədris və idrak fəaliyyətinin təşkili və stimullaşdırılmasının məqsədyönlü pedaqoji prosesidir. Təlim zəruri fəaliyyətinin elə bir növüdür ki, burada şagirdin bilik və bacarıqlarının elementlərinin kəmiyyət və keyfiyyəti müəllim  tərəfindən öyrənmənin məqsədi olan lazımi səviyyəyə çatdırılır. Bu, müəllimlə şagirdin qarşılıqlı əlaqəsi prosesində əldə edilir və təlim prosesinin hər iki tərəfindən məqsədlərin uğurla həyata keçirilməsinə töhfə verə biləcək səy və hərəkətləri tətbiq etməyi tələb edir.


 Elə isə, nədən “TƏDRİS (TƏLİM-TƏRBİYƏ) İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ”nin əmək funksiyasından mötərizədəki “təlim- tərbiyə”ni çıxarıb,  digər tərbiyə işlərinə baxan müavinin əmək funksiyasına əlavə etməyək...?  Olsun “Tədris işləri üzrə müavin” və “Təlim- tərbiyə işləri üzrə müavin”. Belə olduğu halda həm daha rəsmi və ciddi səslənər, həm vəzifə yükü proporsional paylanar, həm də operativlik və çeviklik təmin olunar.


Qoy, tədris işlərinə baxan müavin sırf ona aid tədris planları və proqramlarının  yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirsin, tədrisin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin etsin, şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparsın, buraxılış imtahanlarına hazırlıq işlərini təşkil edsin və səlahiyyəti çərçivəsində digər işlərlə məşğul olsun. Yeniyetmə və gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və və digər aidiyyatı məsələlərə də təlim - tərbiyə işlərinə  məsul olan müavin baxsın.


Nadir İsrafilov


 




Загрузка...
Həmçinin oxuyun:
Nadir Israfilov: ”Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdırsa…”

Nadir Israfilov: ”Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdırsa…”

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil məktəbində müəllimin əmək funksiyası  ( Yeni TİVTSK-dan)

Ümumtəhsil məktəbində müəllimin əmək funksiyası ( Yeni TİVTSK-dan)

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib