Xəbərlər
20 sentyabr 2022
242

“Ən böyük ümid ümidsizlik üzərində qələbədir”-Mikayıl Cabbarova təbrik


“Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir”.


 Mikayil Cabbarov


Bu gün 2013-cü ildən 2017-ci ilə qədər Azərbaycan Respublikasının təhsil naziri kimi fəaliyyət göstərdiyi 4 il ərzində müəllimlərin Diaqnostik Qiymətləndirilməsi; təhsildə bütün vəzifələrə işə qəbulun müsabiqə, məktəb direktorlarının seçiminin müsabiqə əsasında aparılması; ilk Peşə-İxtisas Təhsili üzrə Dövlət Agentliyinin, Təhsil Nazirliyinin təşəbbüsü ilə “Maarifçi" Tələbə Kredit Fondunun yaradılması; Birinci sinfə və Məktəbəhazırlıq Qruplarına elektron qəbulun tətbiqi; Məktəblərdə İş dəftərlərinin istifadəsində məcburiliyin aradan qaldırılması; şagird və tələbələrin könüllülük proqramlarına qoşulması və digər bu kimi yeniliklərə imza atan, kifayət qədər vacib addımlar atıb, qərarlar qəbul edib və dəyişikliklər həyata keçirən  Mikayıl Cabbarovun doğum günü olmasını biləndə istər-istəməz xəyalımda bəzi xatirələr canlandı.


Yeri gəlmişkən onu da deyim ki, Mikayıl Cabbarovun təhsilimizə ən böyük töhfələrindən biri də təhsildə dövlət siyasətinin əsas prinsiplərindən olan humanistlik, demokratiklik, aşkarlıq, şəffaflıq kimi prinsiplərə sadiq qalaraq, təhsil sahəsində uzun illər çalışmış, tanınmış və təcrübəli mütəxəssisləri bir araya gətirərək “Təhsil eksperti” institutunu formalaşdırması, onlarla mütamadi dinləmələr və məsləhətləşmələr aparması olub.


Sözüm heç də onda deyil.  Hələ o vaxtlar, daha dəqiq desəm 2015-ci ildə yazılarımın birində etiraf etmişdim ki, çoxdan idi qürur hissi keçirmirdim. Bəlkə də, bu elə öz təbiətimdən irəli gələn bir haldır. Son dəfə xeyli əvvəllərə təsadüf edən və elə indinin özündə də tez-tez nümayiş etdirilən “Nu poqodi” cizgi filmində Qəmbər Hüseynlinin “Cücələrim” melodiyasının səsləndirilməsi ilə bağlı epizoda baxarkən hisslərimə sahib ola bilməmisdim. Qürrələnməkdən hətta özümdən asılı olmayaraq gözlərim yaşarmışdı. O qədər təsirlənmışdım ki, həyacanımdan udquna belə bilmirdim. Bütün, nəhayətsiz və qüdrətli bir ölkənin - Sovetlər birliyinin talismanına çevrilən bir populyar serialda Azərbaycan bəstəkarının möhtəşəm melodiyası səslənirdi. Bu Azərbaycan adlı bir məmləkətin böyük və tarixə düşəcək uğuru idi.

SSRI Maarif naziri Prokofyevin və Sovet təhsilinin digər nəhəng simalarının Moskva şəhərində keçirilən Ümumittifaq müşavirəsi zamanı, iclas zalına daxil olarkən, o zamankı Maarif nazirimiz akademik Mehdi Mehdizadəyə necə sayğı göstərdikləri, hamılıqla bir kənara çəkilib, ona necə yol verdikləri isə heç yadımdan çıxmır. Bu müdhiş bir mənzərəni öz gözlərinlə görmədən, yaxından müşahidə etmədən insanın necə qürur hissi keçirməyini təssəvvür etmək mümkün deyildi. Sözün həqiqi mənasında özünün də azərbaycanlı olmağınla fəxr etməyə bilmirdin.


Təhsilimizin durumu ilə bağlı problemlərə heç bir zaman biganə qalmamışam. Onun uğurlarına sevinmış, uğursuzluqlarının səbəb-nəticə əlaqələrinə imkanım daxilində münasibət bildirmışəm. Səmimi etiraf edim ki, fəxarət hissi keçirməyə, bir növ ümidlənməyə əsas verən səbəblərdən biri də Təhsil nazirimiz Mikayıl Cabbarovun YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində, təhsil nazirlərinin yüksək səviyyəli görüşündə təhsilin nə dərəcədə əhəmiyyət kəsb etdiyini, bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdıran “Təhsilsiz uşaq itirilmış uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir“ fikrinin YUNESKO-nun “Tvitter” səhifəsində paylaşılmasıdır.

Düzdür, fəxr etmək, qürur hissı keçirməklə bağlı kifayət qədər səbəb və nəticələrimiz var. İqtisadi göstəricilərimiz, infrastruktur lahiyələrimiz, beynəlxalq yarışlarda idmançılarımızın nailiyyətləri , mədəniyyət və incəsənət sahəsindəki uğurlarımız bunu deməyə hər cür əsas verir. Bununla belə istərdik ki, elm və təhsil sahəsidəki göstəricilərimiz də bu uğurlar və nailiyyətlər sırasında olsun, təhsil ictimaiyyətinə və bütövlükdə cəmiyyətə mesaj sayıla biləcək “Təhsilsiz uşaq itirilmış uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir“ ideyası təhsil kursumuzun devizinə çevrilsin.

Ümid edək ki, Azərbaycanlı nazirin “Tvitter” səhifəsində paylaşıldığı aforizmə bərabər fikri “söz xatirinə deyilən söz” olaraq qalmayacaq, beynəlxalq səviyyədə qaldrılan ideyanın reallaşması istiqamətində yeni mərhələnın başlanğıcına müəyyən stimul yaradacaq. Hər halda, Jorj Bernanosun təbirincə desək ən böyük ümid ümidsizlik üzərində qələbədir.


Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Biz Zəfərin övladlarıyıq” adlı tədbirə 50-ə yaxın şəhid övladının qatılması  və digər təşəbbüslər təhsil siyasətimizdə uşaqlara nə dərəcədə önəm verilməsinin bariz nümunəsidir. Bu kimi tədbirlər davamlı və dayanıqlı olmalıdır, xüsusilə bu sevinc və kədər yaşadığımız günlərdə...


Nadir İsrafilov



Загрузка...
loading...

Həmçinin oxuyun:
"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Mikayıl Cabbarov Azərbaycan təhsili üçün nə etdi?

Mikayıl Cabbarov Azərbaycan təhsili üçün nə etdi?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Pedaqoji Lüğət

Pedaqoji Lüğət