Xəbərlər
09 sentyabr 2022
495


Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Mingəçevirdə gənclər üçün düşərgə təşkil edilib


 Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və "Forest School Azerbaijan"nın dəstəyi ilə 6-9 sentyabr tarixlərində Mingəçevirdə “Gənclər Qız Uşaqlarının Dəyərinin Təşviqi və Gender Bərabərliyi Uğrunda” gənc oğlanlar üçün düşərgə təşkil edilib.


Düşərgənin keçirilməsində məqsəd gənclərin iştirakçılığı yolu ilə qız uşaqlarına münasibətdə cəmiyyətdə mövcud olan stereotiplərin aradan qaldırılmasına və qız övladının dəyərinin təşviqinə töhfə verməkdən ibarət olub.


Düşərgəyə Qax, Lənkəran, Mingəçevir, Bakı, Sumqayıt, Gəncə, Ağsafa və Tovuzdan 15-18 yaşlı oğlanlar cəlb olunub.


Ümumilikdə 40-dək iştirakçının qatıldığı düşərgə müddətində gənclər üçün "Cins və gender", "Məsuliyyətli atalıq", "Gender bərabərliyi”, “Gender əsaslı cins seçimi və gender əsaslı zorakılıq” mövzularında təlimlər keçirilib. Üç günlük proqram çərçivəsində gənclər həmçinin “Forest School” təhsil konsepsiyasına uyğun olaraq müxtəlif sosial, emosional, fiziki və intellektual fəaliyyətlərə qatılıblar.


Düşərgə ərzində təşkil edilmiş təlimlər, debat, teatr və digər fəaliyyətlərdə iştirak etmiş gənclərə sertifikat və hədiyyələr təqdim olunub.


Qeyd etmək lazımdır ki, düşərgə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib. Sözügedən proqramlar Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə icra olunub.







Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Lənkəranda atalar və övladları üçün düşərgə təşkil edilib

Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Lənkəranda atalar və övladları üçün düşərgə təşkil edilib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

“Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin icrasına başlanılıb

“Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin icrasına başlanılıb

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

“Azərbaycan qəhrəmanı” virtual düşərgəyə start verilib

“Azərbaycan qəhrəmanı” virtual düşərgəyə start verilib

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Həyatının uğur salnaməsini yazan gənclər

Həyatının uğur salnaməsini yazan gənclər

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində  “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Beynəlxalq Qadınlar Günü

Beynəlxalq Qadınlar Günü

"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Metodbirləşmələr

Metodbirləşmələr

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

3-4 yaşlı uşaqların məktəbi

3-4 yaşlı uşaqların məktəbi