AzTehsil.com

Xəbərlər / İlk peşə təhsili
01 sentyabr 2022
1 218

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi davam edir

2022/2023-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan plan yerləri üçün elektron tələbə qəbulunun II mərhələsi sentyabrın 5-dək davam edəcək.

Bu barədə  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, II mərhələdə ümumilikdə 8 min 500 boş qalmış plan yeri müsabiqəyə çıxarılıb. Bu mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

Həmçinin peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.

Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.

Qeyd edək ki, peşə məktəblərinə tələbə qəbulunun I mərhələsi avqustun 1-12-də 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb. Birinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 22 min 16 nəfərdən 59 min 993 müraciət daxil olub. Alınan nəticələr builki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 faiz çox olduğunu göstərir. Peşə təhsili müəssisələrinə qəbul olan namizədlərdən 12 min 669 nəfəri sənədlərini müvafiq məktəblərə təqdim ediblər.

Загрузка...
Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun II mərhələsi davam edir

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

Peşə məktəblərində boş qalan yerlər üzrə müraciət edənlərin sayı açıqlandı

Kimlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinə başlanılır

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

Peşə təhsili üzrə elektron tələbə qəbulunun ikinci mərhələsi başlayır