Rusiyada müəllim müharibə əleyhinə çıxışına görə beş illik cəza aldı - FOTO
Penzanın Leninski Rayon Məhkəməsi ingilis dili müəllimi İrina Geni dərslərin birində müharibə əleyhinə çıxış etdiyinə görə şərti olaraq 5 il müddətinə azadlıqdan məhrum edib.
Müəllimə ordu haqqında qəsdən saxta xəbərlər yaymaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “e” bəndi) təqsirli bilinib.
Məhkəmənin fikrincə, müəllim ordu haqqında qəsdən yalan məlumatlar yayaraq şagirlərinə Rusiya hərbçilərinin Mariupoldakı doğum evini atəşə tutduğunu deyib.
Gen həm də üç il müddətinə müəllimlik hüququndan məhrum edilib.
Müəllim martın 18-də səkkizinci sinif şagirdləri qarşısında müharibə əleyhinə çıxış edib, onlara Çexiyadakı yarışlara niyə gedə bilməyəcəklərini izah edib.
Tələbələrdən biri onun çıxışının lent yazısını hüquq-mühafizə orqanlarına təhvil verdikdən sonra Gen barədə cinayət işi açılıb.
Mənbə: Meduza