AzTehsil.com


Xəbərlər / Ekspert
29 iyul 2022
900


Şahlar Əsgərov : Dünyanı silahsız cəmiyyətlər halına gətirmək üçün təhsilə baxış dəyişməlidir




Dünyanı silahsız cəmiyyətlər halına gətirmək üçün təhsilə baxış dəyişməlidir


Dünyanın haradan gəldiyi haqqında fikir demək olar ki, bəllidir. Hegelə görə, “ümumdünya tarixi Şərqdən Qərbə doğru irəliləyir. Şübhəsiz Avropa ümumdünya tarixinin yekunu olduğu kimi, Asiya onun başlanğıcıdır”. Dünyanın keçmişi məlum! Bəs sabahı? Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə soruşur: Hara gedir bu dünya?        

Çağdaş dövrdə həm maddi, həm də mənəvi dəyərlərimiz gözümüz önündə əriyir. Bəzi futirist insanlar (İvan Efimov) hesab edirdi ki, dürüst həyat tərzinə alışmış nəsillər gələcəkdə yox olacaqdır. Güman edirəm ki, bu tutqun gələcəyin əsas səbəbi təhsilin doktrinasının qüsurlu olmasındadır. Çağdaş təhsil kurikulum sisteminin əsas prinsipi gəncləri şəxsiyyət kimi yetişdirməkdir. Hesab edirəm ki, bu səhv yanaşmadır. Təhsilin məqsədi kamil insan yetişdirmək olmalıdır.

Şəxsiyyətyönlü təhsil lokal olaraq cazibədar görünsə də, qlobal olaraq bəşəriyyəti parçalayır, onun harmonik inkişafını əngəlləyir. Dövlətləri inkişaf etmiş, geri qalmış hala salır. Planetin coğrafi xəritəsini rəngarəng edir. Super dövlətlər əməkdaşlıq yox, müharibə və ya istismarçı ideyalar ilə yaşayırlar. Dövlətlər bir mənalı olaraq öz siyasətlərində milli maraqları bəşəri mənafedən üstün tuturlar.

Kamil insanlardan təşkil olunmuş cəmiyyətlərdə prinsipcə parçalanma olmaz, əksinə, harmoniyada yaşayar. Rəqabət aparmazlar, əksinə, əməkdaşlıq edərlər. Çünki kamil insanlar problemləri güc ilə yox, ağılla həll edərlər. Kamil insanlar torpağin altındakı sərvətləri hərbi silahların (top və tüfəng) lüləsinə çevirməzlər.

Dünyanı silahsız cəmiyyətlər halına gətirmək üçün təhsilə baxış dəyişməlidir. Təhsilin doktrinası və məzmunu elə dəyişməlidir ki, ictimai mənafe şəxsi mənafedən üstün tutulsun. Planetin marağı dövləti mənafedən, dövləti mənafe pariya mənafeindən, partiya mənafei şəxsi mənafedən üstün tutularsa bəşəriyyət harmoniyada yaşayar. Dövlətlərin sahibi var, ancaq planetin sahibi yoxdur. BMT–nin gücü ilbəil azalır. Qarabağ müharibəsində biz bunun şahidi olduq. Təhsil müharibələr tarixini yox, mədəniyyətlər tarixini tədris etməlidir. Uşaqları hərbi oyuncaqlarla tərbiyə etmək yolverilməzdir.

Bu gün Rusiya – Ukrayna müharibəsi zamanı dünya 2-ci dəfə (60 ildən sonra) nüvə həyacanı altında yaşayır. Ortada real nüvə təhlükəsi var. ABŞ-ın keçmiş müdafiə naziri Maknamaraya görə, 1962–ci ildə Vasili Arxipov adlı bir nəfər yer kürəsni nüvə müharibəsindən xilas edib. (Yeri gəlmişkən qeyd edim ki, vitse-admiral V.Arxipov 1999-cu ildə vəfat edibdir). İnşAllah, bu dəfə də kimsə planeti qoruyar. Növbəti 3-cü və sonrakı nüvə böhranları varlığının və gerçəkləşməsinin ehtimalı getdikcə artır. Hara gedir bu dünya?

Deməli, təhsil doktrinasının mərkəzində şəxsiyyət yox, Vasili Arxipov kimi kamil insanlar yetişdirmək durmalıdır. Bu baxımdan prof. Fuad Məmmədovun «əgər dünya mədəniyyəti müdafiə etsə, mədəniyyət dünyanı xilas edər!» konsepsiyası bəşəriyyət üçün çox əhəmiyyətlidir.

Kamil insan

Əvvəlcə, kamil insan kimdir? – sualını cavablandıraq. Düşüncəmə görə, kimsə öz bədənindəki ağrını hiss edirsə o, canlıdır, diridir. Ancaq kimsə digərlərinin bədənindəki ağrını hiss edirsə, o, kamildir.  Bu düşüncə ilə, kamilliyə belə tərif vermək olar:  fəaliyyətində ictimai mənafenin şəxsi mənafedən üstün tutan insan, kamildir. Bu fikirə  riyazi olaraq belə bir biçim vermək olar:


                      ümumi mənafe  

______________

Kamillk =

şəxsi mənafe            

_________________

Aydındır ki, kamillik əmsal 0 ilə ∞ arasında dəyişir.

Bu formulanın işığında Yaradandan tutmuş yaranılmışların fəaliyyətinə işıq tutmaq olar. Formuladan görünür ki, cənab Haqqın kamilliyi sonsuzdur, çünki şəxsi mənafesi yoxdur, sıfıra bərabərdir. İnsanların düşüncəsi kamillik ilə cahillik, “mən” ilə “biz” arasında arasında dəyişir. Sol düşüncəli insalar kəsrin sürətinə, sağ düşüncəli insalar isə kəsrin məxrəcinə işləyir. Müdrik insanlar səhv etmədən kamil insanı cahildən fərqləndirə biliblər. Bu səbəbdən də cəmiyyətdə həmişə müdrik insanlara ehtiram yüksək olub. Fərdlərin kamilliyini düşüncə testləri ilə asanlıqla ölçmək olar.

Bu əmsal keçən əsrin neftxudalarından H.Z. Tağıyev, Hacıağa Dadaşov üçün xeyli yüksək olubdur. Çünki, özlər üçün çaışdıqları zaman, milləti də yaddan çıxarmayıblar.

1945–ci ilin mayında İ.Stalinin yanında müharibənin yekunları ilə bağlı vəziyyət müzkirə olunur. Bir general – leytenantın məruzəsindən Stalin razı qalır və soruşur: əlavə sözün varmı? General deyir ki, şəxsi xahişim var. Berlindən qayıdanda xoşuma gələn bir neçə şeyi sərhədçilər aldılar. İstərdim ki, onları qaytarsınlar. Stalin deyir: roport yaz, üstün yazaram. Generalın əvvəlcədən yazdığı raportun üzərinə Stalin “polkovnikin zir -zibilini özünə qaytarın”- yazır. General deyir ki, yoldaş Stalin mən general leytenantam. Stalin deyir: orda hər şey düz yazılıbdı.

Hekayədən görünür ki, Stalin generalın çəxsi mənafe daşıyıcısi olduğunu cəld təyin edir, xahişini yerinə yetirir, ancaq onu mənəvi cəhətdən ciddi cəzalandırır.

Bu əmsalın işığında ABŞ sabiq prezidenti Donald Trampın həyatına nəzər salsaq “sevindirici heç nə görünmür” fikrini onun hakimiyyətə gəlişinin 10-cu günü Manevr.az (01-02-2017) saytına söyləmişdim. Əlavə söylmişdim ki, “bu insan ömrü boyu şəxsi mənafenin daşıyıcısı olub. Onun tərcümeyi-halında ictimai mənafe ilə bağlı nümünələr tapmaq çətindir. Düşüncəsində ancaq pul, gözəl xanımlar əsas yer tutur”. Hesab edirəm ki, Donald Tramp haqqında formulanın  proqnozu düz çıxdı. Prezidentliyə qədər o, həmişə kəsrin məxrəcinə işləmişdi.

Bu formulanın işığında müxtəlif dövlət quruluşların özəlliklərini başa düşmək çətin deyil. Formulaya görə, SSRİ ona görə dağıldı ki, ictimai mənafe ilə şəxsi mənafe arasında münasibəti tənzimləyə bilmədi. Kəsrin sürətinə çox, məxrəcinə isə lazım olandan az fikir verdi. Burdan da korrupsiya törədi və cəmiyyəti çürütdü. Çin dövləti ona görə inkişaf edir ki, bu münasibəti normal tənzimləyə bilir. Aydındır ki, fəhlə sinfinin kamilliyi, kəndli sinfinkindən çoxdur.


Təhsil düzəlmir ki, düzəlmir


A.Eynşteyn “Niyə sosializm?” məqaləsində liberal quruluşların təhsil sistemini bəyənilmir, hesab edirdi ki, Qərb təhsil sistemi pula, kapitala itaət üzərində qurulubdu, yəni kəsrin məxrəci diqqət mərkəzindədir.

Hər bir millətin taleyi onun təhsil səviyyəsindən asılıdır. Müəllim gülərsə, millət də gülər. Təhsil həm də dövlət müstəqilliyi qoruyan görünməz bir zirehdir. Son əsrdə ənənəvi təhsilin keçdiyi yola diqqət yetirsək görərik ki, ölkəmizin təhsil sistemi həm struktur, həm idarəetmə, həm də məzmun baxımından reformalar edilib. Baloniya prosesinə qoşulub, kurikulum sistemi qəbul edib, ancaq təhsil düzəlmir ki, düzəlmir. Bunun çarəsini tapmağa məhkumuq.


Təhsilə baxış dəyişməlidir. Təhsilin doktrinası elə dəyişməlidir ki, məzunların ictimai mənafesi, şəxsi mənafesindən çox olsun. Şəxsi mənafedən yapışıb xoşbəxt gələcəyə getmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, bəşəriyyətin inkişafı ictimai mənafenin artımı istiqamətdə baş verir.


Sui qəsd nəzəriyyəsi. Beyin axını


“Təhsil silahdır. Onun səmərəsi bu silahın kimin əlində olmasından, kimə qarşı olmasından asılıdır”. Bu fikir İosif Stalinə məxsusdur. Sovetlər dönəmində bu silah İ.Stalinin əlində olmuşdu və əminliklə demək olar ki, bizə qarşı istifadə edilmişdi. Sovetlərin tərkibində olan bütün millətlərin talantlı şəxslərini millətdən qoparıb, metropolda əritmək siyasətinin – başqa sözlə, sui-qəsd nəzəriyyəsinin tətbiqi nəticəsidə baş vermişdi.

Yuxarıda qeyd edildiyi kimi, XX əsrdə ölkəmizin təhsil sahəsində hər cür reformalardan istifadə edilmişdir. Ancaq təhsil hələ ki, “sirrini sirdaşa vermir”.

Yeri gəlmişkən, Dallas doktrinasından bir fikri yada salaq:

“Biz, ehtiyatla onların mənəvi dəyərlərini dəyişərək, şüurlarına zorakılıq, seks kultu, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd şeyləri yeritməliyik. Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız qalığına çevriləcək. Dürüstlük və vicdan məhv olacaq, keçmişin mənasız qalıqları sayılacaq. Bundan çox az adam xəbər tutacaq, hətta nə baş verdiyini biləcəklər də. Onları gülünc vəziyyətə salıb, acı durumda qoyacağıq”. Tanış mənzərədir, belə deyilmi?

II-ci Dünya müharibəsinin qaliblərindən biri olan Sovet dövləti artıq yoxdur. Dallas doktrinası, Harvard bəyannaməsi öz işini qörmüşdü. Qərbdəki ermənipərəst qüvvələr 44 günlük müharibədə tarixi Zəfərinizi həzm edə bilmirlər. Sovetin əlindən qələbəni aldıqları kimi, bizim də Zəfərimizi əlimizdən almaq istəyirlər. Azərbaycan hərbi, iqtisadi cəhətdən güclü olduğundan, onlar zərbəni təhsil sahəsindən vura bilərlər, bəlkə də artıq vururlar. Həm elmlər akademiyasında, həm orduda (“Tərtər işi”) və məktəblərdəki hadisələri bir yerə toplasaq, onda görmək olar ki, bunların  hamısı bizə qarşı bir məkrli planın müxtəlif istiqamətləridir. Təhsili Dallas doktrinasından, Sorosun və 5-ci kalonun siyasətlərindən qorumaq üçün hər kəs bacardığını əsrgəməməlidir. Bu işdə bizim də ən güclü silahımız da təhsildir.

Öyrənmə prosesi ilə yaddaş arasındakı ələqəni öyrənən alimlər hesab edirlər ki, yaddaşın 2 forması var: a) qısa yaddaş; b) uzun yaddaş. “Yaddaşın 8 dəfə” qanununa görə, 1-10 yaşında olan uşaqlar hər şeyi sərt yaddaşda saxlayırlar. Yəni, ibtidai siniflərdə tədrisin ana dilində aparılmasının sirri var imiş. Qonşu Gürcüstanda və Ermənistanda ibtidai məktəblərdə tədrisin milli dildə aparılmasının hikməti burdadır. Bunun əksinə olaraq bizdə tədrisi aşağı siniflərdə müxtəlif dillərdə (azərbaycan, rus, ingilis və s.) aparılır. Nəticədə biz uşaqlara milli kodları ötürə bilmirik. Bu vəziyyəti etnopedaqoq Q.Volkov belə ifadə etmişdi: “Milləti ən təmiz şəkildə uşaqlar təmsil edir. Uşaqlarda millilik öləndə millətin ölümü başlayır”. Burdan çıxaracağımız nəticə belədir ki, ibtidai məktəbdə təhsil milli dildə olmalıdır.

Qloballaşan dünyada potensialli gənc öz çevirəsindəki insanların cazibəsini qıraraq iş və yaşam yerini dəyişə bilir. O yerə gedər ki, orada öz potensialını reallaşdıra bilir. 20 il öncə testdən 700 bal toplamış, ulu öndər Heydər Əliyevin təbrikinə layiq görülmüş R.Qaralov indi ölkəmizdə yox, ABŞ-da yaşayır. Bizim talantlı gənclərimizin çoxu R.Qaralovun yolunu seçirlər. Onları ölkədə saxlamaq çox çətindir. Onlar əslində millət üçün “itirilmiş parlaq gənclər”-dir.  Vaxtında bu problemi H.Z.Tağıyev uğurla həll edə bilib. Sui-qəsd nəzəriyyəsinin tərəfdarları bunu bizə uğur kimi sırıyırlar. Deyirlər ki, güya onlar bizə diaspora yaradacaqlar.

Fəxrimiz Lütvüzadənin oğlu Normandan jurnalis soruşur: Azərbaycanı özünüzə vətən hesab edirsinizmi?

Norman deyir: Xeyr.

Jurnalist: Azərbaycan sizin üçün nə anlam daşıyır?

Norman Zadəoğlu deyir: Ora atamın doğulduğu yerdir.

Bu səmimi cavablar, əslində bizə diaspora düzəldənlər üçün çox şey deyir.

Şübhəsiz, hər bir ölkənin gələcəyi ümumi halda gəncliyin, xüsusi halda onun talantlı hissəsinin əlindədir. Ölkəni nə qədər parlaq gənclər tərk edərsə, millətdə cahillik, qaranlıq bir o qədər dərinləşər.

Talantlı gəncliyin ölkədə qalmasının çarəsini tapmaq, adi yox, strateji məsələdir. Çünki onlar gələcəyin istehsalçıları, iş yeri açanları, ideya generatorlarıdır. Onları gümüş boşqabda hər il Qərbə hədiyyə etməməliyik. Onların ölkədən getməsi faciə kimi qarşılanmalıdır. Bu bizim istəyimizdır. Ancaq bunun tərsini istəyən qüvvələr də az deyil.

Talantlı gənclərin ölkədə qalmasının çarəsini təhsil naziri tapa bilər. H.Z.Tağıyev tapıb, İsrayilin sabiq baş naziri Qolda Meir tapıb, biz də tapaq. Qolda Meirin resepti çox sadədir. İstifadə etsək, xeyir taparıq.

İsrailin sabiq Baş naziri Qolda Meir hesab edir ki, əgər sabahı ümidlərlə dolu olan bir ölkədə yaşamaq istəyirsənsə, onda o ölkənin vətəndaşı ölkəni yalnız məzuniyyətə gedəndə tərk etməlidir.  “Çörək qazanmaq” üçün başqa ölkələrə üz tutmamalıdır. Bunun üçün cəmi iki addım atmaq lazımdır: 1) korrupsiyaya qarşı çox ciddi mübarızə aparmaq; 2) müəllimlərin, həkimlərin və hərbçilərin maaşını yüksək etmək, özlərini isə cəmiyyətdə sayılan insanlar səviyyəsinə qaldırmağa nail olmaq lazımdır.


F. Fukuyama “Tarixin sonu və axırıncı insan” [1]  əsərində yazır ki, həm Heygel, həm də Marks inanırdılar ki, insan cəmiyyətinin təkamülü sonsuz deyil və insanların əsas və fundamental istək və arzuları təmin edildikdə dayanacaqdır. Beləliklə, hər iki dahi “tarixin sonunu” postulat kimi vermişlər. Hegel üçün bu liberal demokratiya, Marks üçün isə kommunizm cəmiyyəti idi. Bu o deməkdir ki, əsas problemlər öz həllin tapdıqca ictimai quruluşun prinsipləri və institutlarının tərəqqisi dayanacaqdır. Marksın ideyası ilk təcrübədə təsdiqin tapmadı. Deməli, bəşəriyyət liberal demokratik prinsiplərlə tarixin sonuna tərəf gedir.

Dünya dövlətləri gələcəyə səfərə çıxmış bir karvana bənzəyir. Hara gedir bu karvan? – sualına Məhbub ül Həqqin cavabı qısadır: xoşbəxt gələcəyə doğru.

                                            

                                               ƏDƏBIYYAT


Френсис Фукуяма, Конец истории и последний человек, Москва: Полиграфиздат, 2010. -588 с.

Şahlar Əsgərov, Kamilləşən Düşüncə,  “E.L” MMC, Bakı,-232s.

Albert Eynşteyn – Niyə sosializm?  “Monthly Review”, may 1949.

 




Загрузка...
Həmçinin oxuyun:
Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Professor Şahlar Əsgərovun “Təhsilə yeni baxış”ı

Professor Şahlar Əsgərovun “Təhsilə yeni baxış”ı

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bu gün təhsildə nə dəyişməlidir?

Bu gün təhsildə nə dəyişməlidir?

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Bəxtiyar Vahabzadə adına liseyin direktoru rəqs etdiyinə görə vəzifəsindən kənarlaşdırılır - FOTO

Bəxtiyar Vahabzadə adına liseyin direktoru rəqs etdiyinə görə vəzifəsindən kənarlaşdırılır - FOTO

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Tərbiyənin növləri

Tərbiyənin növləri

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

"Bəxtiyar Vahabzadə ev dustağı edilmişdi" -Müsahibə

"Bəxtiyar Vahabzadə ev dustağı edilmişdi" -Müsahibə

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Kamilliyə gedən uzun və şərəfli yol

Kamilliyə gedən uzun və şərəfli yol

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Hərənin öz tarixi, və yaxud şagirdlərə tarixi müxtəlif ölkələrdə necə çatdırırlar?

Hərənin öz tarixi, və yaxud şagirdlərə tarixi müxtəlif ölkələrdə necə çatdırırlar?

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?

Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?