Bakıda faciəli şəkildə ölən qızlardan ikincisinin də meyiti tapıldı
Dənizdə boğulan bacılardan kiçiyinin meyiti də sudan çıxarılıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili deyib.
Onun sözlərinə görə, hadisə Nardaran çimərliyində deyil, qeyri-çimərlik ərazidə baş verib:
“19 iyul saat 16:12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə iki nəfərin dənizdə çimərkən boğulması ilə bağlı məlumat daxil olub.
Hadisə Kürdəxanı qəsəbəsi “42-ci dalğa” deyilən ərazinin çimərliyində baş verib. Nəzərə çatdıraq ki, həmin gün hava şəraiti küləkli idi. Şimal-qərb küləyinin əsdiyi vaxtda qeyri-çimərlik ərazidə baş verib”.
“Uşaqlar dənizə girən zaman valideynlər çıxırmışlar... Nəzarətsiz qalan uşaqlar dənizə giriblər. 16:12-də bizə məlumat daxil oldu. Biz müdaxilə edənə qədər böyük bacı, 2005-ci il təvəllüdlü Ayseli ləpələr sahilə çıxarmışdı. Amma kiçik bacı, 2008-ci il təvəllüdlü Abdullazadə Aygün Asəf qızının meyiti bu gün 09:14-də batdığı yerdən 11 km aralıda çıxıb. Sudan çıxarılıb aidiyyəti üzrə təhvil verilib. Ailə Xətai rayonu ərazisində yaşayırmış. İstirahət etmək üçün bu ünvana üz tutublar”, - A.Əlili bildirib.