Xəbərlər
05 iyul 2022
841


BDU-da magistratura pilləsi üzrə vergi hüququ ixtisası yaradılır


Nazirlər Kabinetinin sərəncamı ilə 2022/2023-cü tədris ili üçün tələbə qəbulu təsdiq edilən ali təhsil müəssisələrinin ixtisasları siyahısına Bakı Dövlət Universitetində magistratura pilləsi üzrə vergi hüququ ixtisası əlavə olunub.


Universitetdən  verilən xəbərə görə, Sərəncama əsasən, Azərbaycan və ingilis dili bölmələri üzrə (hər birində 5 tələbə olmaqla) 10 nəfərin bu ixtisasa qəbulu planlaşdırılır. Əsas məqsəd iqtisadiyyat və hüquq elm sahələrinin inteqrativ tədrisi əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, habelə onun Tədris Mərkəzinin kadr potensialı imkanları və BDU-nun maddi-texniki və elmi potensialından istifadə edilməklə dövlət vergi orqanları ilə yanaşı, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər üçün vergi sahəsi üzrə ixtisaslı mütəxəssis hazırlığının həyata keçirilməsinə nail olmaqdır.


Bununla bağlı Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və BDU-nun Hüquq fakültəsi arasında vergi hüququ ixtisası üzrə tədrisin bilavasitə təşkili istiqamətində müvafiq işlərin görülməsi məsələləri müzakirə olunub. Eyni zamanda, müvafiq ixtisas üzrə tədris planı, tədris yükünün müəllim heyəti arasında bölgüsü, tədrisin təşkilində Dövlət Vergi Xidmətinin, habelə BDU-nun elmi-pedaqoji kadr potensialından səmərəli istifadə olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müzakirələrdə proseslərin əlaqələndirilməsi və təşkili məqsədilə Hüquq fakültəsində Vergi hüququ və iqtisadi ekspertiza mərkəzinin yaradılması və digər mühüm məsələlərə də toxunulub. Razılaşdırılan məsələlər üzrə müvafiq sənəd layihələrinin hazırlanaraq BDU-nun rəhbərliyinə təqdim olunması qərara alınıb.


Qeyd edək ki, Tədris Mərkəzi vergi orqanlarında kadr siyasəti üzrə təkliflərin işlənib hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, Tədris Mərkəzinin iştirakı ilə multidissiplinar elm sahəsi olan vergi hüququ üzrə mütəxəssislərin hazırlanması yalnız dövlət vergi orqanları deyil, eləcə də özəl sektor və bütövlükdə respublikanın müvafiq sahədə əmək bazarının ixtisaslı kadrlarla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək. Bu, Mərkəzin son illərdə əldə etdiyi mühüm uğurlardan biridir.







Загрузка...
Həmçinin oxuyun:
Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ən yaxşı ingilis dili kursları hansılardır?

Ən yaxşı ingilis dili kursları hansılardır?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu