Doktor Erdem Söylemez: “Bir məktəb direktorunun xarakteri necədirsə, təhsil ocağının da xarakteri odur”
“Müasir dövrdə məktəb rəhbərlərinin üzərinə böyük iş düşür. Yəni, o həm direktor, həm də yaxşı menecer olmalıdır. Çünki dünya sürətlə dəyişir. Toplumun da, şagirdlərimizin də psixologiyası çox sürətlə dəyişir.
Direktor həftədə ən azı 2 saat mütləq şəkildə dərsə girməlidir. Direktorun işi çox ola bilər. Ancaq o dərs deməlidir ki, müəllimliyi unutmasın. Mənim məktəbim hara gedir? Uşaqlar hara gedir? Bütün bunları anlaya bilmək üçün bu prosesin içində olmaq, bunları görmək lazımdır.
Biz hər bir işi özümüz gördüyümüz zaman işin altından əksikliklər çıxır. Onların altından qalxa bilmirik. Direktor təşkilatçıdır. O, məktəbin idarə olunmasına başçılıq edir. Məktəb həyatına dair işləri paylaşdırmalı və onların işinə nəzarət etməlidir. O biləcək ki, kim bu işləri daha yaxşı görür. Onun vəzifəsi iş görmək deyil, təşkil etmək və nəzarət etmək, qiymətləndirməkdir. Çünki hər şey onun liderinin xarakterindən asılıdır. Hər bir ailə də onun başçısının, liderinin xarakterini daşıyır. Bir məktəb direktorunun xarakteri necədirsə, təhsil ocağının da xarakteri odur. Bir toplumun da xarakteri onun liderinin xarakteri ilə bağlıdır”.
Oruc Mustafayev