AzTehsil.com
RU


Xəbərlər / Müəllim / Ekspert / Video
14 iyun 2022
1 146


Məktəblərdə Tərbiyə məsələləri aktuallığını itirməyə meyillidir - RƏY + VİDEO




Son günlər şagirdlərin məktəblərdə özbaşınalığını əks etdirən videolar yayılır. 


Belə ki, bəzi şagirdlər dərs prosesində müəllimi saymır, sinif otağını dağıdırlar. 


Təhsil eksperti Nadir İsrafilov Oxu.Az-a açıqlamasında bildirib ki, son zamanlar orta məktəblərdə şagird özbaşınalığı ilə yaşanan, ardı-arası kəsilməyən qalmaqallı olaylara sırf pedaqoji aspektdən yanaşmaq, onu bilavasitə təhsilin mövcud durumu ilə əlaqələndirmək məsələyə birtərəfli yanaşmaq baxımından ədalətsizlik olardı:


“Bu kimi hallar məktəbi məsuliyyətdən azad etməsə də, bunların baş vermə səbəbləri daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorlama və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan adi hal, hətta norma kimi qəbul edilirsə, belə hallara məktəbdə, digər təhsil müəssisələrində yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir.


Halbuki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib. Təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir.


Mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür, deməli hadisənin səbəblərini daha dərində axtarmalıyıq və nəzərə almalıyıq ki, hələ bizim eradan əvvəl antik dünyanın ilk filosofları belə hesab edirdilər ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Bir də ki, arxasınca qaçdığımız ali təhsildən savayı, heç olmasa, orta düşüncə və ibtidai mədəniyyət olmalıdır. Yəni təlimi tərbiyə işi olmadan təsəvvür etmək mümkün deyildir”.


https://baku.tv/az/dunyaa/55834/


“Əsrin 1/4-dən artıq bir müddət keçib ki, təhsil barədə düşünəndə adətən bir çoxumuz ancaq müəyyən bilik əldə edib, nə yolla olsa belə hansısa bir ali təhsil müəssisəsinə daxil olub, təki diplom olsun düşüncəsi ilə yaşayırıq. Bunun üçün hansı yollara əl atmırıq?! Bununla belə, istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir.


Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşında olan uşaqların harmonik inkişafı və tərbiyəsi lazımı səviyyədə təmin edilmir. 


Bununla belə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Səbəb nədir? Ən başlıca səbəblərdən biri heç şübhəsiz ki, tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsi, sosial media fenomenlərinin məktəbə yol açmasıdır”, - deyə ekspert əlavə edib.


N.İsrafilov qeyd edib ki, telekanallarda zorakılıq, şiddət hallarının göstərilməsi yolverilməzdir:


“Məktəblərimizdə gündəmi zəbt edən olaylarla bağlı bəzən öz-özünə sual verirsən. Görəsən, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, bu kimi təzahürlər nədən qaynaqlanır? İstər-istəməz düşünürsən ki, bəlkə, bu, zəmanədəndir.


Dilemma qarşısında qalırsan. Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən “əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək məcburiyyətindəyik. Müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq.


Telekanallarda zorakılıq, şiddət hallarının təkrar-təkrar göstərilməsi, ayrı-ayrı saytlarda bu qəbildən olan videogörüntülərin yayımlanması yolverilməzdir. Şagirdlərin məktəbə telefonla, smartfonla daxil olmasına qadağa qoymaq lazımdır. 


Hesab edirəm ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq.


Xüsusilə son zamanlar məktəblərimizdə müəllimlər və şagirdlər arasında və bütövlükdə cəmiyyətimizdə baş verən, sadalamağa ehtiyac olmayan bir çox arzuolunmaz neqativ təzahürlər belə bir qənaətə gəlməyə əsas verir. Radikal addımlar atılmasa, təhsil kommunikasiyası yenidən qurulmasa məktəb mühitinin deqradasiyası qaçılmaz olacaq”.


Klinik psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmova saytımıza açıqlamasında bildirdi ki, çox zaman uşaqlar bu davranışlarla daha asan yola diqqət çəkməyə çalışırlar:


“Yaxşı mənada diqqət çəkmək üçün əmək sərf etmək, yaxşı oxumaq, yaxşı cavab vermək lazımdır. Bunu edə bilməyəndə dərsdə səs-küy salmaq, digər uşaqlara sataşmaq, söz atmaqla bu diqqəti əvəzləməyə istəyirlər. Əslində, bunun təməli lap uşaqlıq yaşlarına dayanır. Uşaq istədiyi şey olmayanda qışqırıb, özünü yerə çırparaq, saatlara ağlayaraq, özünə və ya ətrafına xətər yetirərək həmən şeyi əldə edibsə, onlarda şüuraltı olaraq belə bir fikir formalaşır:


“Mən bu cür mənfi hərəkətlərlə də insanları idarə edə, diqqət mərkəzində qala bilərəm”. Hiperaktiv uşaqlarda impulsiv davranışlara çox rast gəlinir, əgər bunlar zamanında korreksiya olunmazsa, evdə düzgün intizam qurulmazsa, böyüdükləri zaman xüsusən məktəb həyatında çox böyük problemlər yaşayırlar. Odur ki, hər şey ailədən başlayır”.


https://baku.tv/az/dunyaa/55837/


Psixoloq bildirib ki, bu cür uşaqlar, xüsusən yeniyetməlik vaxtında daha aqressiv, şiddətə meyilli olur:


“Dərsdən, qayda qanunlardan tez uzaqlaşırlar. Biz bunu aşağı yaşlarda dəcəllik kimi qələmə versək, göz yuma bilsək də, yeniyetməlik yaş dönəmində artıq ciddi şəkildə davranış pozuntularına keçid edir və artıq gözardı edilə bilmir, tərbiyəsizlik kimi qəbul olunur. Yeniyetməlik dövründə uşaqlarda sosial status qazanmaq arzusu hər şeyin önünə keçir. Adətən sinifdə uşaqların özünəməxsus sosial statusları olur.


Kimisi sinfin ən ağıllısı, ən çalışqanı, kimisi ən yaraşıqlısı, kimisi sinfin lideri, kimisi ən zəngin olanı, kimisi ən etibarlısı və sair. Bu cür statusları müsbət yollarla əldə edə bilməyəndə uşaqlar qısa yola qaçaraq müəllimə cavab qaytararaq, dava-dalaşa meyilli olaraq, dərsi pozaraq, tərslik nümayiş etdirərək hamının diqqətində olmağa çalışırlar. Bunun qarşılığını görüncə də daha da irəli getməkdən çəkinmirlər. 


Bunu aradan qaldırmaq üçün mütləq “valideyn-şagird-müəllim” üçbucağı yaradılmalıdır. Bu, yaradılmadığı müddətcə problemi aradan qaldırmaq çətin olacaqdır. Çünki uşaq günün yarısını evdə yarısını məktəbdə olur. Bu uşaqlar xüsusilə məktəb psixoloqlarının diqqətində olmalıdırlar. Valideyn və müəllimlərlə tez-tez əlaqədə olunmalı, qoyulan qayda qanunlara eyni qədər riayət olunmasına fikir verilməli, qaydalar pozularsa eyni formada reaksiya göstərilməlidir. 


Müəllimlər bəzən bu cür uşaqları ya görməzdən gəlir, “bu onsuz da belədir”, “uğursuzdur”, “oxuyan” deyil, və s. qəliblərə salır, yaxud da prinsipə durur, mübarizə aparır, bir növ savaşırlar uşaqla. Amma hər ikisi də çıxış yolu deyildir.


Çünki bu uşaqlar sabahın gəncləri və cəmiyyətin önəmli bir hissəsi olacaqlar. Kiminsə dostu, kiminsə həyat yoldaşı, kiminsə qonşusu olacaq. Eyni zamanda, sinifdə belə uşaqlar olduqca və həqiqətən bu davranışlarla diqqət çəkə bilir, müəllimin ondan ehtiyat edib uzaq gəzdiyi görülürsə, zamanla digər uşaqlara örnək olacaq və onların sayı çoxalacaqdır. Bu, kütlə psixologiyasıdır. Odur ki, ilkin siqnalları hələ uşaqlıq yaşlarından verilən belə davranışları zamanında savaşaraq yox, qarşılıqlı əməkdaşlıq edərək tənzimləmək lazımdır”.




Загрузка...
Həmçinin oxuyun:
“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Metodbirləşmələr

Metodbirləşmələr

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib