Xəbərlər / Şagird / Müəllim
12 iyun 2022
547

Yazıb-oxuya bilməyən məktəblilər – Günahkar kimdir?


Azərbaycanda savadlı, yüksək biliyə sahib olan məktəblilərlə yanaşı, hələ də yazıb-oxumağı bacarmayanlar da var. Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı rəsmi məlumata əsasən, 2021-ci ildə IX sinif şagirdləri arasında yazıb-oxuya bilməyən şagirdlərin sayı 38 nəfər olub.


Rayonlar üzrə antirekord Cəlilabadda qeydə alınıb.


Belə ki, Cəlilabadda 5 nəfərin, Goranboy və Ucar rayonlarının hərəsində 4, Füzuli, Masallı və Tərtər rayonlarında 3, Lerik və Şəmkir rayonlarının hərəsində 2, Ağcabədi, Balakən, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Oğuz, Salyan, Şirvan, Tovuz və Zaqatala rayonlarında isə bir nəfərin yazıb-oxumağı bacarmadığı müəyyən edilib.


Texnologiya əsrində belə şagirdlərin olması ortaya ciddi suallar çıxarır.


Maraqlıdır, ölkədə təhsilin inkişafı prioritet istiqamət olduğu halda, hələ də öz adını yaza bilməyən şagirdlərin olması nədən qaynaqlanır? Günahkar kimdir: valideyin, yoxsa müəllim?


Bununla bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, burada məsuliyyəti həm valideyn, həm məktəb, həm də dövlət qurumları daşıyır.


"Bəzən dövlət qurumlarını günahlandırmağa çalışırıq, ancaq burada məsuliyyət hər kəsin üzərinə düşür. Problemləri həll etmək istəyiriksə, bir-birimizi günahlandırmalı deyil, çıxış yolu tapmağa yönəlməliyik. Bütün hallarda xoşagələn vəziyyət deyil. Ola bilər ki, növbəti illərdə bu rəqəmdə artım olsun.


Məsələnin həllində valideynlərin, məktəblərin üzərinə məsuliyyət düşdüyü kimi, yerli icra orqanları və Təhsil Nazirliyinin də üzərinə məsuliyyət düşür. Biz bütün hallarda çalışmalıyıq ki, problemi həll edək. Növbəti illərdə yenidən eyni problemləri yaşamayaq. Bu gün əsas hədəf və məqsəd bu olmalıdır ki, gələcəkdə belə halların sayı artmasın, əksinə azalsın. Əgər bunun üzərinə vaxtında düşülməsə, ciddi tədbirlər görülməsə, biz gələcəkdə müəyyən çətinliklərlə üzləşə bilərik", - deyə deputat qeyd edib.




Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov hazırda ölkə üzrə təhsil müəssisələrində 1,6 milyon şagirdin təhsil aldığını xatırladıb: "Təkcə birinci sinfə gedən şagirdlərin sayı 160 min nəfərdən çoxdur. Biz bilirik ki, Dövlət İmtahan Mərkəzi şagirdlərin bilik və bacarıqlarını obyektiv, şəffaflıqla bir neçə mərhələdə yoxlayır. Bunlardan biri də buraxılış imtahanıdır. Hər il 9 və 11-ci siniflər üçün müəyyən vaxtlarda buraxılış imtahanı keçirilir. Bu, heç də o demək deyil ki, imtahanda zəif nəticə göstərənlər, yaxud ümumiyyətlə vərəqi ağ qoyub çıxanlar oxuma və yazmağı bilməyənlərdir".


K.Əsədov vurğulayıb ki, bəzi məktəblərdə şagirdlərin adı dərs siyahısında olsa da, özləri məktəbə gəlmir. Ekspertin sözlərinə görə, onların arasında kənd təsərrüfatı ilə məşğul olan məktəblilər də var: "Bu, danılmaz faktdır. Orta məktəblərdə müəllimlərin, direktorların təhsilə laqeyd münasibətinin nəticəsidir ki, belə hallar yaşanır. Biz həmin uşaqların nəticələrinə baxmalıyıq ki, 9-cu sinifdə oxuma və yazma bacarıqları olmadığını dediyimiz məktəblilər 11-ci sinifdə bunu təkrarlayırmı?".




Ekspert əksər hallarda şagirdlərə verilən qiymətlərin reallığı əks etdirmədiyini düşünür: "Digər tərəfdən ümumtəhsil müəssisələrində yazılan qiymətlər birmənalı olaraq özünü doğrultmur. Bu, onu göstərir ki, qiymətləndirmə zamanı bəzi hallarda subyektivlik var. Müəllimlər, məktəb direktorları nəyinsə qarşılığında şagirdlərə qiymət yazırlar. Bəzən məktəbdə yazılan qiymətlərin özünü doğrultmaması bundan irəli gəlir. Şagirdlərin məktəblərdə aldığı qiymətlər qəbul  və buraxılış imtahanlarında özünü doğrultmur".


 xezerxeber.az

resim


Загрузка...
loading...

Həmçinin oxuyun:
SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ,  KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ, KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

ŞOK: IX-XI sinif şagirdləri arasında yazıb-oxuya bilməyənlər var - təhsilin qara ləkəsi

ŞOK: IX-XI sinif şagirdləri arasında yazıb-oxuya bilməyənlər var - təhsilin qara ləkəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Təhsil sistemimizdə böyük qalmaqal: - "Müəllimlərin əmək haqqı kəsilməlidir"

Təhsil sistemimizdə böyük qalmaqal: - "Müəllimlərin əmək haqqı kəsilməlidir"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məktəblilər arasında “Orienteering Junior Competition” adlı  yarış baş tutub.

Məktəblilər arasında “Orienteering Junior Competition” adlı yarış baş tutub.

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!