Bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb - Təhsil naziri
1990-cı illərdə ölkəmizin çətin dövrlərində bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb.
Bunu təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin II Forumunda deyib.
“Bu gün Azərbaycan təhsili bundan əziyyət çəkir. Artıq vaxtı çatıb ki, ayırd etməni aparaq. Biz bu gün aparılan diaqnostik qiymətləndirmə ilə bu kimi halları aradan qaldırmağa çalışırıq. Təbii ki, təkmilləşməyə ehtiyacı olan müəllimlər də təkmilləşmə kurslarına cəlb olunacaq”, - deyə nazir bildirib.