Xəbərlər / Müəllim
04 iyun 2022
750

Repetitorluq niyə getdikcə güclənir? – Müəllimlər qəpik-quruşla yaşayırlar - TƏNQİD


“Təhsil  Nazirliyinin birinci vəzifəsi repetitorluğu məhv etmək olmalıdır”.


Bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış pedaqoq, ADPU-nun dosenti  İlham Əhmədov deyib.


Belə ki, son zamanlar repetitorluğun təhsilin inkişafına mane olduğu ilə bağlı fikirlər səslənir.


Pedaqoq İlham Əhmədov repetitorluğun təhsilin inkişafına yaratdığı maneələrdən söz açıb:


“Repetitorluğu mənfi hal olaraq qiymətləndirirəm. O, yalnız məktəbdə təhsil sisteminin çökməsinə xidmət edir. Bu işə təkan verən əsas şəxslərin başında direktorlar gəlir. Çünki onların burada yüksək maraqları olur. Müəllimlər bu kimi biznesdən pul əldə edirlər. Valideynlər isə düşünürlər ki, övladları repetitor yanında daha keyfiyyətli təhsil alacaq, çünki burada uşaq sayı sinifə nisbətən az olur. Lakin heç kimin artıqdan pulu yoxdur ki, ay ərzində 500-1000 manat repetitora pul ödəsin. Bəziləri borca girir pul götürür, digərləri kənddə heyvanlarını satır ki, övladları təhsil alsın. Ona görə də repetitorluq mənfi tendesiyadır. Ola bilər ki, şagird bir fəndən zəif olsun, bu zaman repetitora müraciət edə bilər. Lakin elə abituriyentlər olur ki, 9-cu sinifə kimi heç nə oxumurlar, sonra gedirlər müəllim yanına, bu zaman da təhsilin keyfiyyətindən söhbət belə gedə bilməz. Bunların hər biri səthi düşüncədir.


Bizim də yolumuz məktəbdən keçib. O dövrdə olan nəsilin heç bir nümayəndəsi repetitor yanına getməyib. Hamısı da universitetdə normal oxuyaraq iş həyatlarını qurublar. Təhsil Nazirliyinin birinci vəzifəsi repetitorluğu məhv etmək olmalıdır”.


Pedaqoq repetitorluğun yaranmasının əsas səbəbini müəllimlərə diqqət ayrılmaması olduğunu deyib:


“Repetitorluq ləğv edildikdə bir sıra addımlara əl atılmalıdır. İlk olaraq normal dərsliklər yazılmalıdır, onlar da peşəkar insanlar tərəfindən nəşr edilməlidir,  çap məhsullarının keyfiyyətli olması üçün standartlar  yaradılmalıdır. Müəllimlərin hazırlığına xüsusi fikir verilməlidir. Pedaqoji yönümlü universitetlər bu məsələyə diqqət ayıraraq investisyalar yatırmalıdır.


Müəllimlər qəpik-quruşla yaşayırlar. Onların hazırlanması, təkmilləşdirilməsi lazımdır və sosial problemləri həll edilməli, maaşları artırılmalıdır. Keyfiyyətli təhsil üçün keyfiyyətli həyat tərzi formalaşdırılmalıdır. Bunların hər biri digəri ilə bağlıdır, təsadüfi heç nə yoxdur. Hazırda təhsildə daş üstə daş qalmayıb.


Repetitorluğun ən yaxşı cəhəti müəllimin maddi vəziyyətinin yaxşılaşdırlmasına xidmət etməsidir. Çünki müəllimlər onlara verilən maaşın ümidinə qalsalar, çox çətinliklər yaranar.


Repetitor kimi çalışanlar məktəbin onlara verdiyindən çox gəlir əldə edir. Əgər təhsil işçilərinin maaşı 2 dəfə artırılsa, onun sosial vəziyyəti yaxşılaşsa, müəllimin də repetitorluğa ehtiyacı qalmaz. Valideyn də cibindən pul xərcləməz. 4000 mindən çox   məktəb var, onlardan bir çoxu təmir edilib, lakin  sinif otaqları boşdur, çünki şagirdlər repetitor yanına getməyi üstün tutublar. O məktəblərə xərclənən pullar müəllimlərin maaşlarına əlavə edilsə, belə mənfi hallar yaranmaz. Yüksək maaş alan müəllim normal şəkildə işini davam etdirməyə başlayacaqdır”.

resim


Загрузка...
loading...

Həmçinin oxuyun:
ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Nadir İsrafilov -Deməli,  şagird  öz uşaqlığını normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olur.

Nadir İsrafilov -Deməli, şagird öz uşaqlığını normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olur.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Nadir İsrafilov - Bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb.

Nadir İsrafilov - Bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb.

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb

"Repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Repetitorluq məktəb mühitini dağıdır - ETİRAZ

Repetitorluq məktəb mühitini dağıdır - ETİRAZ

Repetitorlar danışdılar: “Vergi ödəməyimiz yaxşıdır, lakin…”-MÜZAKİRƏ

Repetitorlar danışdılar: “Vergi ödəməyimiz yaxşıdır, lakin…”-MÜZAKİRƏ

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi